Edit Piaf və Oscar Vayldın yanında dəfn olunmaq istəyənlər üçün püşkatma elan edilib
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Paris Bələdiyyəsi sakinlərə Jim Morrison, Oskar Vayld və Edit Piaf kimi əfsanəvi adların dəfn olunduğu məzarlıqlarda yer qazanmaq imkanı təqdim edib.
Kulis.az xəbər verir ki, yeni proqram çərçivəsində Per-Laşez, Monmartr və Monparnas kimi tarixi qəbiristanlıqlarda baxımsız qalmış 30 məzar bərpa edilərək püşkatma yolu ilə yeni sahiblərinə veriləcək.
Qaliblər məzarı altı ay ərzində orijinal üslubda bərpa etməli olacaqlar.
Hər bir məzarın ilkin qiyməti 4000 avrodur, əlavə olaraq dəfn yeri 10 ildən müddətsiz icarəyə qədər fərqli tariflərlə təqdim olunur.
Bələdiyyə bildirir ki, bu təşəbbüs həm şəhərlilərə dəfn imkanı yaratmaq, həm də tarixi məzarlıqları qorumaq məqsədi daşıyır.
Layihəyə maraq böyükdür – ilk 24 saatda 1000 nəfər müraciət edib.
Qeyd edək ki, qaliblərin adları 2026-cı ilin yanvarında açıqlanacaq.
"Altın Kelebek" ləğv edildi Polşada ilk xristianlara aid qəbiristanlıq tapıldı Dövlət Mahnı Teatrında musiqili-poeziya xeyriyyə konserti keçirildi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 10 Noyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















