Azərbaycanın Ermənistana enerji satışını müsbət və strateji addım kimi qiymətləndirmək olar
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
“Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyasının yola salınması ilk növbədə, Cənubi Qafqazda siyasi münasibətlərin balanslaşdırılmasına xidmət edən mühüm bir amildir. Uzun illər ərzində Ermənistan üzərində Rusiyanın enerji vasitəsilə təsir monopoliyası mövcud olub”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O bildirib ki, bu səbəbdən Azərbaycanın Ermənistana enerji ixracı həm siyasi, həm də iqtisadi cəhətdən strateji mahiyyət daşıyır:
“Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları aparılır və bu prosesin yalnız diplomatik müstəvidə deyil, iqtisadi əməkdaşlıqla da müşayiət olunması zəruridir. İqtisadi əlaqələrin qurulması və dərinləşdirilməsi, uzunmüddətli sülh və sabitliyin təminatı baxımından vacibdir. Ermənistanla iqtisadi münasibətlər eyni zamanda Azərbaycanın ixrac marşrutlarının şaxələndirilməsi, yəni yalnız Gürcüstan üzərindən deyil, Ermənistan ərazisindən də regional bazarlara çıxış imkanlarının yaradılması deməkdir. Bu isə gələcəkdə ortaq dəhlizlərin qurulması ilə nəticələnə bilər. Azərbaycanın enerji resurslarının Asiya bazarlarına çıxışı baxımından bu cür əməkdaşlıq orta və uzunmüddətli iqtisadi strategiyanın bir hissəsi olmalıdır”.
O deyib ki, bu addım həm də regionda geosiyasi çəkisi olan bir layihənin tərkib hissəsinə çevrilə bilər:
“Bu səbəbdən Azərbaycanın Ermənistana enerji satışını müsbət və strateji addım kimi qiymətləndirmək olar. Bu proses mərhələli şəkildə genişləndirilməli, tərəflər arasında qarşılıqlı asılılıq yaradan münasibətlər sistemi qurulmalıdır ki, bu da gələcəkdə dayanıqlı sülh və əməkdaşlığın əsasını təşkil etsin”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Azərbaycanın təzminat tələbi Ermənistana göndərildi
14 Fevral 2025 14:58
Fransa Azərbaycanın Ermənistana hücum edəcəyini “proqnozlaşdırır”
19 İyul 2025 11:49
Azərbaycanın Ermənistana ödənişi iki dəfə artdı
12 İyun 2025 21:07
Azərbaycanın da ehtiyacı var, lakin Ermənistana verdi Bakıdan möhtəşəm addım
19 Dekabr 2025 10:13
Azərbaycanın 2 şərti və Ermənistana dövlət legitimliyi təminatı
16 Mart 2025 03:57
Baxış sayı:49
Bu xəbər 25 Dekabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları