Icma.az
close
up
RU
“ƏDV geri al” sistemi ilə bağlı yenilik Belə hesablanacaq

“ƏDV geri al” sistemi ilə bağlı yenilik Belə hesablanacaq

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Azərbaycanda “ƏDV geri al” sistemində əhəmiyyətli yeniliklər gözlənilir. Yaxın günlərdə planlaşdırılan tam avtomatlaşdırılmış mexanizm vətəndaşların alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin geri alınmasını daha sürətli və rahat edəcək. Yeni model çərçivəsində bank kartı ilə ödəniş edilən zaman kassa çekinin məlumatları avtomatik olaraq elektron sistemə daxil olunacaq və geri qaytarılma üçün müraciət prosesi minimum səviyyəyə enəcək.

Bakupost.az Müsavat.com-a istimadən xəbər verir ki, layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Birbank (Kapital Bank) və PAŞA Bank ilə birlikdə həyata keçiriləcək. Qurumun rəhbəri Orxan Nəzərli bildirib ki, bu təşəbbüs həm şəffaflığı yüksəldəcək, həm də vətəndaşların ƏDV-ni daha operativ şəkildə əldə etməsinə imkan yaradacaq.

İqtisadçı deputat Azər Badamov mövzu ilə bağlı fikrini bildirib: “ƏDV geri al sisteminin tətbiqi dövriyyənin şəffaflaşmasında böyük rol oynayıb. Alıcılar ƏDV-ni geri ala bildiklərindən mütləq şəkildə alışlarına görə çek tələb edirlər. Amma çek alındıqdan sonra müəyyən prosedurlar var ki, bunu da hamı edə bilmir və əlavə çətinliklər meydana çıxır. Yeni tətbiq olunacaq sistemlə nağdsız əməliyyatlarda çeki alıb ayrıca yükləməsinə ehtiyac qalmayacaq. Çünki hər bir alış kassaya vurulanda kart sahibinin hesabında avtomatik oturacaq. Bu da alıcıları əlavə əməliyyatların aparılmasından azad olunmasına və müraciət prosesi minimuma enəcəyi üçün ƏDV vəsaitinin hesabınıza qayıtmasının daha tez baş verməsinə yol açacaq”.

Deputat “ƏDV geri al sistemi avtomatlaşdılandan sonra ümumiyyətlə alış ilə bağlı kassa çekinin alınmasına ehtiyac qalacaqmı” sualına da cavab verib: “Çekin alınması ilk növbədə alıcı üçün vacibdir. Çünki çekin üzərində aldığın malların adları və qiymətləri yazılır. İkinci məsələ isə "ƏDV geri al" sistemi nağdsız hesablamalar üçün də qaytarılır. Burada fərq ondan ibarətdir ki, nağdsız əməliyyatlar üçün qaytarılan ƏDV-nin faizi nağd əməliyyatlardan daha çoxdur. Məqsəd isə nağdsız əməliyyatların stimullaşdırlmasıdır. Amma nağd əməliyyatlarda ƏDV-ni geri almaq üçün yenə də çekin QR kodunun sistemə yüklənməsi lazım gələcək. Bank kartı ilə ödəniş etdikdə çek məlumatları sistemə avtomatik ötürülə bilər. Yəni çekdəki QR kodu ayrıca skan etmək və ya əl ilə əlavə etmək ehtiyacı azalacaq.

Qeyd etmək istəyirəm ki, kassadan keçən əməliyyatlar birbaşa vergi sistemində göründüyü üçün qeyri-rəsmi satışların qarşısı daha effektiv alınır”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Mart 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri