Icma.az
close
up
RU
Effekti yoxdursa, zərərli tərəfləri nədir? ŞƏRH EDİLDİ

Effekti yoxdursa, zərərli tərəfləri nədir? ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İbtidai təhsil səviyyəsi kiçik yaş dövrünü əhatə edir. 6-10 yaşlı uşaqların psixoloji və fizioloji xüsusiyyətləri, istər təhsil proqramları, istər dərsliklər, istər tədris planları ilə bağlı bütün məsələlər nəzərə alınmalıdır". Bu sözləri SİA-ya danışan təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, ibtidai təhsil səviyyəsində xarici dili tədris planına salmağın heç bir məntiqi yoxdur: "Oraya informatika, rəqəmsal bacarıqları salmaq tədris proqramını ağırlaşdırmaqla uşaqların mənasız yerə yüklənməsinə gətirib çıxarır. Təklif edirəm ki, ibtidai siniflərdə yalnız ibtidai sinif dərsləri qalsın. Xarici dil və informatika dərsləri beşinci sinifdən keçirilməyə başlansın. Çünki bu, illərdir tətbiq olunur və illərdir ki, heç bir nəticəsi yoxdur. Bu baxımdan ibtidai siniflərdə uşaqlara məhz xarici dil və informatika fənləri əvəzinə məntiq, nitq və sair kimi dərslər olması daha yaxşıdır ki, onların məntiqi düşünmə qabiliyyətinin artırılmasına xidmət edəcək, nitq qabiliyyətini artıracaq. Yaxud da, mütaliə vərdişləri ilə bağlı nəsə etmək olar.

Artıq on illərdir ki, ibtidai siniflərdə xarici dil və informatika tətbiq olunur. Heç bir nəticə də yoxdur. Bu baxımdan ibtidai siniflərdə xarici dil və informatika dərsləri çıxarılmalıdır. İbtidai sinifdə yalnız ibtidai sinif müəllimi dərs deməlidir. İbtidai siniflərdə bir neçə müəllimin dərs deməsi uşaqların yaş dövrü xüsusiyyətinə uyğun olaraq onlara mənfi təsir göstərir. Çünki onlar ilkin olaraq həm məktəb mühitinə, həm müəllim metoduna uyğunlaşmalıdır. Hətta beynəlxalq təcrübədə ibtidai siniflər 10 yaşda yox, 12 yaşda bitir. Yeniyetməlik dövrü də buraya daxil olur. İbtidai siniflərdə ingilis dili, rus dili, xarici dil niyə tədris olunur? Bilmirik. Nəticəsi də yoxdur".

"Effekti yoxdursa, zərərli tərəfləri nədir? Zərərli tərəfləri odur ki, tədris proqramı ağırlaşır, uşaq bir neçə müəllimlə, hətta xarici dil bölünür, nəticə etibarilə uşaq psixoloji travma alır. Ona görə də, bunu dayandırmaq lazımdır. Eyni sözləri informatikaya da aid etmək olar.

Məsələ dili bilməkdə deyil, Azərbaycandilli ibtidai siniflərdə ən çox 9-10 saat tədris olunur. Dildə düşünmək bacarığı başqa, dili bilmək başqa şeydir. Onsuz da, hamı azərbaycanlıdır, Azərbaycan dilini də bilirlər. İbtidai siniflərdə də dilin qrammatikası öyrədilmir. Bizə ibtidai təhsil səviyyəsində Azərbaycan dilində düşünməyi bacaran şagirdlər lazımdır. Ona görə də, düşünürəm ki, məntiq və nitq, mütaliə, dünyagörüşü kimi fənlər daxil edilməlidir" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Aprel 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri