Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Verter effekti nədir? ARAŞDIRMA

Verter effekti nədir? ARAŞDIRMA

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Verter effekti" mediada intihar hadisələrinin geniş və romantik şəkildə işıqlandırılmasının ardından, oxşar intiharların artması fenomenini izah edən psixoloji və sosioloji termindir. Bu termin sosial yoluxma və modelləşdirmə nəzəriyyələrinə əsaslanır.

Bəs, bu effekt ilk dəfə necə kəşf edilib?

Effekt ilk dəfə 1974-cü ildə amerikalı sosioloq David Phillips tərəfindən elmi şəkildə izah edilib.

Bu termin alman yazıçısı Yohann Volfqanq Götenin 1774-cü ildə yazdığı "Gənc Verterin iztirabları" romanından götürülüb.

Romanda Verter adlı gənc, qarşılıqsız sevgiyə dözməyib intihar edir. Kitab yayımlandıqdan sonra Avropada bir çox gəncin eynilə Verter kimi geyinib, eyni səbəblərlə intihar etdiyi halların artdığı müşahidə olunub. Bu hadisələrə görə, bir çox ölkədə romanın yayımlanması qadağan edilmişdi.

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, Verter effekti kütlə psixologiyasına təsir edən bir effektdir:

“İnsanlar həmin əsəri oxuduqdan sonra düşünmədən, kor-koranə şəkildə intihar etməyə başlayırdılar. Bundan əlavə, elə musiqi, filmlər var ki, verter effekti kimi təsir göstərir. Yəni insan həmin əsəri oxuduqda və ya həmin musiqini dinlədikdə özünü tamamilə unudur, intihara meyl edir. Əlbəttə ki, verter effektinin insan psixologiyasına mənfi təsirləri çoxdur. Çünki biz düşünmürük, hiss etmirik, sadəcə orda olanı təkrarlamağa çalışırıq. Bu da bir seçim deyil, insanın kor-koranə verdiyi bir qərardır”.

Sosial psixologiyada Verter effekti

Bir şəxs haqqında yayımlanan intihar xəbəri (xüsusilə də məşhur şəxsdirsə və ya hadisə romantikləşdirilərsə), bəzi həssas insanlarda eyni davranışı təkrarlama istəyi yarada bilər. Bu xüsusilə aşağıdakılar üçün keçərlidir:

Emosional cəhətdən qeyri-sabit olanlar

Depressiyada olanlar

Özünü sosial təcridə uğramış hiss edənlər

Gənclər və yeniyetmələr.

Bəs, həqiqətən də dünyada bu cür ard-arda intihar hadisələri baş verib?

Araşdırmalara görə, Robin Uilyamsın intiharından sonra ABŞ və bəzi ölkələrdə intihar nisbətində artım olmuşdu.

Cənubi Koreyada K-pop ulduzlarının intiharı media vasitəsilə geniş yayımlandıqdan sonra oxşar hallar artmışdı.

Bəs, bu effekt insana necə təsir edir?

Sosial öyrənmə — insanlar davranışı başqalarını müşahidə edərək öyrənirlər.

Model rolunda görmək — tanınmış, sevilən və ya empatı hiss olunan şəxs intihar edirsə, bəzi insanlar onu model kimi qəbul edə bilər.

Romantizasiya və qaçış düşüncəsi — intihar bəzən “qaçış” və ya “azadlıq” kimi təqdim olunduqda daha cəlbedici görünə bilər.

Normalizasiya — intihar hallarının çox və təkrarlanan şəkildə verilməsi onu “normal” və “yayğın” davranış kimi göstərə bilər.

Bəs, qarşısı necə alınmalıdır?

Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və bir çox ölkə aşağıdakı prinsipləri tövsiyə edir:

1. Mediada sensasiyalı başlıqlardan çəkinmək
2. İntihar üsulunu detallı göstərməmək
3. Alternativ həll yollarından bəhs etmək (psixoloji yardım, dəstək)
4. Zərərçəkənə simpatiya ilə deyil, neytral yanaşmaq
5. Yardım xəttləri və dəstək məlumatlarını paylaşmaq

Əks effekt – Papageno effekti

Bu, Verter effektinin əksi olan bir fenomendir. Yəni intihardan çəkinən və psixoloji problemlərlə mübarizə aparan insanların hekayələri yayıldıqda, intihar halları azalır.

Bəs, bu effektin tarixçəsi nədir?

Bu effekt adını Mozartın "Sehrli Fleyta" operasındakı Papageno obrazından alır.

Papageno intihar etmək istəyəndə, ona həyatın dəyərini xatırladan biri olur və o fikrindən daşınır.

Nəticə etibarilə, Verter və Papageno effektləri, intiharın mediada necə işıqlandırıldığının cəmiyyətə və fərdlərə necə təsir etdiyini göstərən mühüm sosial-psixoloji anlayışlardır. Bu mövzuya həssas və məsuliyyətli yanaşma, xüsusilə media nümayəndələri, müəllimlər, psixoloqlar və siyasətçilər üçün həyati əhəmiyyət daşıyır. Hər bir fərd üçün doğru informasiya və dəstək vacibdir — həyat seçimlərini dəyişmək və yaşamaq üçün ümid həmişə var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see322

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see319

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see300

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see295

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see277

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see271

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see271

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see265

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see253

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see250

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see234

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see228

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see222

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see222

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see212

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see203

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see200

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see200

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri