Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Efiopiyadan uzun illər əvvəl çıxarıldığı ehtimal edilən beş tarixi dini əşya ölkəyə qaytarılıb.
Kulis.az xəbər verir ki, Londondakı Efiopiya səfirliyində keçirilən mərasimdə iki qədim əlyazma və üç mərasim xaçı Efiopiya İrs İdarəsinə təhvil verilib.
Əlyazmalardan biri təxminən 1400-cü ilə aid “Vəhy kitabı”, digəri isə XV əsrin ortalarında hazırlanmış İncil nüsxəsidir. Bürüncdən hazırlanmış xaçların isə XVIII əsrin sonu ilə XX əsrin əvvəlləri arasında yaradıldığı bildirilir.
Əşyaların Efiopiyadakı kilsələrdən qanunsuz və ya uyğun olmayan yollarla çıxarıldığı ehtimal olunur. Onları birbaşa ölkəyə qaytaran kolleksiyaçı Robert Makkarti eyni zamanda daha geniş restitusiya prosesinin iştirakçısıdır. Razılaşmaya əsasən, Ohayodakı “Toledo İncəsənət Muzeyi” kolleksiyaçının 375 Efiopiya artefaktını əldə edəcək, onların bir hissəsini alacaq, qalanını isə ianə kimi qəbul edəcək. Muzey bu əşyaların əhəmiyyətli qismini növbəti 20 il ərzində Efiopiyaya qaytarmağı planlaşdırır.
Baxış sayı:84
Bu xəbər 25 Noyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















