Əfqan Yusifov: Eldar Quliyevin yaradıcılıq portreti sənət dostlarının xatirələri və ekran əsərləri əsasında yaradılıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 yanvar, Günel Alıyeva, foto Nicat Həşimov, AZƏRTAC
Bizim belə bir ideyamız var idi ki, silsilə şəklində kino sənətkarları haqqında portret filmlər hazırlayaq. Bu silsilənin ilk filmi Akif Rüstəmov haqqında oldu. Akif müəllim uzun illər Xalq artisti Eldar Quliyevin ikinci rejissoru kimi çalışıb. Həmin filmdə Eldar Quliyev də Akif Rüstəmov barədə geniş müsahibə vermişdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Ən vacib müsahibə 2” filminin rejissoru Əfqan Yusifov deyib.
Onun sözlərinə görə, Eldar Quliyevin sağlığında onun haqqında ayrıca film çəkmək təklif edilib: “Biz Eldar müəllimə onun haqqında portret film hazırlamaq istədiyimizi bildirdik. O isə buna ehtiyac olmadığını qeyd etdi. Sonradan tale elə gətirdi ki, Eldar müəllim dünyasını dəyişdi və biz qərara gəldik ki, başladığımız ideyanı yarımçıq qoymayaq. Akif Rüstəmov haqqında filmin çəkilişi zamanı Eldar müəllimin müsahibəsindən xeyli istifadə olunmamış material qalmışdı. Məhz həmin arxiv müsahibə materiallarına söykənərək planlaşdırdığımız işi davam etdirdik və bu filmi ərsəyə gətirdik”.
Rejissor qeyd edib ki, film, əsasən, Eldar Quliyevin sənət dostlarının xatirələri və Xalq artistinin ekran əsərləri əsasında onun yaradıcılıq portretinin formalaşdırılmasına yönəlib.
Ə.Yusifov portret filmlərin hazırlanmasının özünəməxsus yanaşma tələb etdiyini də vurğulayıb: “Mən bir neçə portret film işləmişəm. Bu janrda ən vacib məqam qəhrəmanın ab-havasına köklənməkdir. Çəkiliş prosesi bir neçə ay davam etdi. Biz Eldar Quliyevin düşüncə tərzinə, danışıq manerasına yaxınlaşmağa çalışırdıq. Bəzən elə alınırdı ki, sanki onun kimi danışırdıq və bu planlı yox, təbii şəkildə baş verirdi. Çünki portreti yaratmaq üçün həmin ab-havaya daxil olmalısan ki, qəhrəmanın dünyası tamaşaçıya doğru və inandırıcı şəkildə keçsin”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 29 Yanvar 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















