Əfqanıstan Pakistan münaqişəsi bu ölkələrin vasitəçiliyi ilə dayandırıldı
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əfqanıstan və Pakistan sərhədində baş verən silahlı toqquşmalar nəticəsində onlarla hərbçi həlak olub, bir neçə hərbi baza yararsız hala düşüb.
Missiya.Az xəbər verir ki, insidentlər əsasən Əfqanıstanın Paktiya əyalətinin Dand-e Patan bölgəsində qeydə alınıb.
Təhlükəsizlik mənbələri Əfqanıstan qüvvələrinin Durand xətti yaxınlığında yerləşən Pakistan mövqelərinə hücum etdiyini, bunun isə İslamabadın hava zərbələrinə cavab olaraq həyata keçirildiyini bildirib.
Əfqanıstan 58 pakistanlı əsgərin öldürüldüyünü iddia edir. Pakistan isə 19 əfqan postunu ələ keçirdiyini açıqlayıb. Qarşıdurmalar nəticəsində Torkham sərhəd keçid məntəqəsi müvəqqəti bağlanıb.
Pakistan ordusu artilleriya, tank və PUA-ların iştirakı ilə genişmiqyaslı cavab əməliyyatları həyata keçirib. Hər iki tərəf qarşılıqlı olaraq mülki şəxsləri hədəfə almaqda bir-birini ittiham edir.
Əfqanıstan Müdafiə Nazirliyi “Cavab əməliyyatı”nın dayandırıldığını, lakin ölkənin müdafiəsi üçün hazır olduqlarını bəyan edib.
Toqquşmaların Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə dayandırıldığı bildirilir.
Pakistan Prezidenti Asif Əli Zərdari Əfqanıstan hökumətini ölkə ərazisində fəaliyyət göstərən “terrorçu ünsürlərə” qarşı konkret addımlar atmağa çağırıb. Baş nazir Şahbaz Şərif isə təxribatlara sərt cavab veriləcəyini bildirib.
Seyranə Quliyeva
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 13 Oktyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















