Icma.az
close
up
RU
Əfqanıstan Pakistan toqquşması genişlənə bilərmi? AÇIQLAMA

Əfqanıstan Pakistan toqquşması genişlənə bilərmi? AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əfqanıstan və Pakistan arasındakı gərginlik Durand xətti boyunca genişmiqyaslı silahlı qarşıdurmaya çevrilib.

Bu iki ölkə arasında qarşıdurma genişlənə bilərmi?

Redaktor.az-a danışan politoloq Asif Nərimanlı bildirdi ki, Əfqanıstan və Pakistan arasında baş verən hazırkı toqquşmaların genişlənmə ehtimalı kifayət qədər yüksəkdir:

"Tərəflər arasındakı sərhəd məsələləri tarixən problemli olub və bu cür ixtilaflar münaqişənin istənilən vaxt alovlanması riskini həmişə saxlayır. Son toqquşmaların mahiyyətində və motivində də məhz bu amilin dayandığını demək olar. Mövcud vəziyyətə, xüsusən Pakistan tərəfinin rəsmi ritorikasına nəzər saldıqda, gərginliyin gözləniləndən daha şiddətli olduğu görünür ki, bu da müharibənin genişlənmə riskini artırır".

Politoloqun fikrincə, kənar müdaxilə olmasa, hərbi potensial baxımından kifayət qədər güclü olan Pakistan qısa müddətdə Əfqanıstanı müəyyən bir razılaşmaya və ya təslim olmağa məcbur edə bilər.

"Münaqişənin regional müharibə həddinə çatmasına səbəb ola biləcek ciddi geosiyasi maraqlar mövcuddur. Regional müstəvidə əsas maraqlı tərəflərdən biri Hindistandır çünki Pakistanın Əfqanıstanla müharibəyə cəlb olunması Hindistana Kəşmir məsələsində üstünlük qazandırır. Müharibə uzanarsa, Hindistan Kəşmir üzərində tam nəzarəti təmin etmək üçün hərbi müdaxilə variantına əl ata bilər. Hətta Pakistanın müdafiə nazirinin bu ssenariyə işarə etməsi belə bir ehtimalın real olduğunu göstərir".

Müsahibimiz əlavə etdi ki, geosiyasi müstəvidə ABŞ də bu prosesdə maraqlı tərəflərdən biridir.

"Pakistan-Əfqanıstan toqquşması regionu qeyri-stabil zonaya çevirir ki, bu da ilk növbədə Çinə qarşı aparılan strateji mübarizədə Amerika maraqlarına uyğundur. Pekinin sərhədləri yaxınlığında alovlanan bu münaqişə Çinin diqqətini öz regionuna cəlb etməklə yanaşı, onun nəqliyyat dəhlizləri üçün də ciddi risklər və təhlükələr yaradır. Siyasi və regional geosiyasi planları nəzərə alsaq, Pakistan və Əfqanıstan arasındakı toqquşmaların böyümə ehtimalı olduqca güclüdür. Hazırda proses yalnız iki tərəf arasında getdiyi üçün kənar müdaxilə olmasa, Pakistanın üstünlük əldə edərək prosesi yekunlaşdıracağı gözlənilir. Lakin hadisələrin inkişafına kənar güclər praktik şəkildə müdaxilə edərsə, bu, toqquşmanın regional müharibəyə çevrilmə riskini qaçılmaz edəcəkdir.", - deyə siyasi şərhçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Fevral 2026 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri