Əfqanıstan vətəndaşının məhkəməsində ifadə verən azyaşlı qız: Atam anamı gözümün qarşısında öldürdü
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Bakıda həyat yoldaşını qətlə yetirməkdə və arvadını qısqandığı taksi sürücüsünə isə ağır xəsarət yetirməkdə təqsirləndirilən Əfqanıstan Respublikası vətəndaşı Samandar Səfayinin cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin azyaşlı qızı məhkəmədə sərbəst ifadə verərək atasının onun gözü qarşısında anasını yerə yıxaraq vurduğunu deyib:
"Atam gözümün qarşısında anamı vuraraq yerə yıxdı, mən ona çox yalvarsam da, mənim yalvarışıma qulaq asmayaraq, onu döyməyə başladı".
Digər şahid xanım isə təqdirləndirilən Samandar Səfayi ilə qonşu olduğunu deyib:
"Həmin gün həyətdə idim, birdən onlar tərəfdən qışqırıq gəlməyə başladı. Uşaq qışqırırdı ki, anam öldü, anam öldü. Getdim onlar tərəfə, gördüm ki, Nüşabə yerdə uzanıb xırıldayır. Sonra qonşularla təcili yardım çağırdıq, gəldilər, dedilər ki, ölüb".
Daha sonra sənədlər tədqiq olunaraq məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Prosesin çıxışlar mərhələsində söz prokurora verilsə də, o, buna hazır olmadığından məhkəmədən vaxt istəyib.
Qeyd edək ki, hadisə 2025-ci iyulun 9-da paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Qəsəbə sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi Rayon Prokurorluğunda aparılmış araşdırmalarla zərərçəkmişin əri, Əfqanıstan Respublikasının vətəndaşı Samandar Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.
Elgün Həsənli
Baxış sayı:55
Bu xəbər 06 Yanvar 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















