Əfqanıstanlı, iraqlı və suriyalı cinayətkarların Türkiyəyə göndərilməsi xəbəri təkzib edilib
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamenti nəzdində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan “Əfqanıstanlı, iraqlı və suriyalı cinayətkarların Avropadan təyyarələrlə Türkiyəyə göndərilməsi” iddialarını təkzib edib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, mərkəzin məlumatında Türkiyənin başqa ölkələrdən üçüncü ölkə vətəndaşlarını qəbul etməsi ilə bağlı hər hansısa qərarın mövcud olmadığı bildirilib.
Qeyd olunub ki, cinayət törətmiş və ya qanuni yaşayış hüququ olmayan əcnəbilərin Türkiyəyə ekstradisiyası isə mümkün deyil. Türkiyə yalnız öz vətəndaşları ilə bağlı prosedurları beynəlxalq hüquq çərçivəsində və fərdi qaydada həyata keçirir.
Açıqlamada sözügedən iddiaları yayan şəxslər barəsində “ictimaiyyəti çaşdıracaq məlumatı açıq şəkildə yayma” ittihamı ilə Respublika Baş Prokurorluğuna müraciət olunduğu vurğulanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 17 Noyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















