Əfsanə geri qayıdır Bu komandanı çalışdıra bilər
Icma.az, Metbuat saytına istinadən bildirir.
Türkiyənin tanınmış məşqçisi Fatih Terim futbola qayıda bilər.
Metbuat.az xəbər verir ki, Çexiya millisi Fatih Terimin xidmətində maraqlıdır. "Haber Global" telekanalının məlumatına görə, Çexiya Futbol Federasiyası millinin baş məşqçisi İvan Haşeklə yolları ayıraraq onun yerinə Fatih Terimi gətirmək istəyir. Bildirilir ki, Çexiyanın Avro-2024-də və DÇ-2026 seçmə mərhələsindəki uğursuz oyunlarından sonra federasiya Haşeki istefaya göndərmək istəyir. Federasiya Fatih Terimdən başqa namizədləri də nəzərdən keçirir.
Qeyd edək ki, Fatih Terimin sonuncu iş yeri Səudiyyə Ərəbistanının "Əş-Şəbab" klubu olub.
Baxış sayı:109
Bu xəbər 11 Sentyabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















