Əfsanəvi boksçu vəfat etdi
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Boks üzrə argentinalı sabiq dünya çempionu Xorxe Kastro 59 yaşında dünyasını dəyişib.
Moderator.az "La Nación" nəşrinə istinadən xəbər verir ki, idmançının səhhəti Buenos-Ayres əyalətinin Moron şəhərində yerləşən mərc oyunları məkanında qəfildən pisləşib.
Məlumata görə, "Lokomotor" ləqəbli sabiq məşhur idmançı oyun avtomatları zalında olub. Hadisə yerinə gələn həkimlər onun ölümünü təsdiqləyiblər.
Hazırda hadisənin təfərrüatları araşdırılır və keçmiş idmançının vəziyyətinə şəkərli diabet xəstəliyinin təsir edib-etmədiyi öyrənilir.
Qeyd edək ki, Kastro 1994-cü ildə ABŞ-li Redci Consona qalib gələrək Ümumdünya Boks Assosiasiyasının orta çəkidə dünya çempionu titulunu qazanıb. Onun karyerasının ən yaddaqalan anlarından biri elə həmin ilin dekabrında digər ABŞ-li boksçu Con Devid Ceksonla döyüşü olub. Həmin vaxt argentinalı boksçu ağır başlanğıcdan sonra görüşün gedişatını dəyişərək qələbə qazanmağı bacarmışdı. Son illərdə Xorxe Kastro ictimai fəaliyyətlə məşğul idi. O, Buenos-Ayres şəhərinin ətraf ərazilərindəki yeməkxanaları və qida paylanma məntəqələrini dəstəkləyirdi. Bundan əlavə, sabiq idmançı müxtəlif televiziya layihələrində, o cümlədən "MasterChef Celebrity" kulinariya şousunda iştirak edirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 Oktyabr 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















