Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması Video
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda keçirilən cüdo üzrə dünya çempionatına fəxri qonaq kimi qatılan Almaniya futbolunun əfsanəsi Lotar Matteus “Sabah” və “Qarabağ” klublarından danışıb.
QOL.az xəbər verir ki, o, jurnalistlərə müsahibəsində əvvəlcə "Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sı (Almaniya) ilə keçiriləcək görüşü ilə bağlı fikirlərini bildirib, daha sonra "Qarabağ"ı misal gətirib:
"Almaniya komandasının favorit olduğunu düşünürəm. Amma futbolu 90 dəqiqə oynamaq lazımdır. Cüdoda isə mübarizə cəmi 4 dəqiqə davam edir. "Borussiya" büdcəsinə, keyfiyyətinə sahib olduğu dəstəyə görə daha güclü klubdur. Düşünürəm ki, onların daha yaxşı futbolçuları var. Amma bir neçə il əvvəl "Qarabağ"ın timsalında Azərbaycan futbolunda bunun əksini də görmüşük. Yaxşı iş gördükdə, yaxşı günündə olduqda və komanda şəklində mübarizə apardıqda hər şey mümkündür. "Qarabağ" son illərdə bunu çox yaxşı nümayiş etdirib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 08 Oktyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















