Icma.az
close
up
RU
Əfv Məsələləri Komissiyası toplaşır: Əfv siyahısında kimlərin adı olacaq? AÇIQLAMA

Əfv Məsələləri Komissiyası toplaşır: Əfv siyahısında kimlərin adı olacaq? AÇIQLAMA

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əfv komissiyasının iclaslarının yeganə predmeti məhkum olunmuş şəxslərdən daxil olmuş müraciətlərə baxmaqdır".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev 12 fevralda keçiriləcək ilk iclasla bağlı danışarkən deyib.

Komissiyanın əsas fəaliyyət istiqamətindən danışan Əliməmməd Nuriyev Əfv komissiyasının mandatının daxil olan müraciətlərə baxmaq olduğunu bildirib: 

"Əfv Komissiyasına yüzlərlə, hətta minlərlə müraciət daxil olur. Bu müraciət ya həmin şəxslərin özü, yada onların vəkilləri, millət vəkilləri, ombudsman, yerli və beynəlxalq QHT nümayəndələri tərəfindən olur”.

Komissiya üzvü kimlərin əfv siyahısına daxil olacağının Prezidentin səlahiyyətinə aid olduğunu deyib: 

"Ötən illərin təcrübəsinə baxaraq deyə bilərəm ki, daxil olan bütün müraciətlər araşdırılır, hər mürciətlə bağlı hazırlanan rəy Prezidentə təqdim olunur. Bundan sonra kimin əfv olunacağı ilə bağlı qərar Prezident tərəfindən qəbul olunur. Çünki əfv hüququ cənab Prezidentin müstəsna - konstitutsion səlahiyyətidir.

Nuriyev bu günə qədər imzalanan sərəncamın 10 min nəfərə şamil olunduğunu vurğulayıb:

"Onu da qeyd etməliyəm ki, 1995-cü ildən bu günə qədər 70 əfv sərəncamı imzalanıb ki, bu da 10 mindən çox məhkuma şamil olunub. Sərəncamla kimlərsə cəzanın qalan hissəsindən azad olunub, bəzilərinin cəzası yarıbayarı azaldılıb. Bir qrup şəxsin isə məhkumluğu götürülüb. Bu əfv sərəncamlarının 33-ü ulu öndər Heydər Əliyev, 37-si isə İlham Əliyev tərəfindən imzalanıb. 

Qarşıdakı əfv daha çox kimlərə şamil olunacaq? sualına isə Nuriyev belə cavab verib: 

"Kimlərin əfv sərəncamına düşüb-düşməyəcəyini öncədən demək mümkün deyil. Çünki bu Prezidentin müstəsna konstitusion səlahiyyətinə aid olan bir prossesdir. Digər tərəfdən deyə bilərəm ki, qanuna görə əfvlə bağlı hər bir məhkum və ya onun yaxınlarının komissiyaya müraciət etmək hüququ var. Əfv sərəncamı imzalanarkən hər hansı bölgü aparılmır. Vahid bir yanaşma var ki, Azərbaycan konstitutsiyasına görə hər kəs qanun qarşısında bərabərdi. Əfv komissiyası da müraciətlərə baxarkən hamının qanun qarşısında bərabərlik prinsipindən çıxış edir. 

Eyni zamanda xüsusi meyyarlar var ki, komissiya o müstəvidən çıxış edərək öz dəyərləndirməsini edərək səsvermə üsulu ilə qərarlar qəbul olunur və rəy hazırlanır. Yekun olaraq bu rəylər prezidentə təqdim olunur. Artıq prezident tərəfindən əfv siyahısında kimlərin olacağı müəyyən olunur. Biz özünü müxtəlif adlarla adlandıran şəxslərin də adlarını zaman-zaman əfv siyahısında görmüşük. Burada əsas məsələ əfv olunmaq üçün müraciət edən şəxsin potensial islah olmaq imkanıdır. 

Onun təhlükəlilik dərəcəsi aradan qalxmalı və cəmiyyət üçün təhlükə yaratmamasıdır. Ən əsas məsələ isə əfv olunan şəxsin cəmiyyət tərəfindən normal qarşılanmasıdır. Çünki imzalanan hər bir əfv sərəncamı cəmiyyətə müəyyən bir mesajdır”.

Günel Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Fevral 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri