Icma.az
close
up
RU
“Əgər əvvəllər biz ideyanı yaşadırdıqsa, indi həmin ideya bizi yaşadır” Günay Əfəndiyeva

“Əgər əvvəllər biz ideyanı yaşadırdıqsa, indi həmin ideya bizi yaşadır” Günay Əfəndiyeva

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“3 gün öncə Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü gerçəkləşdi. Görüşün yekununda təşkilatda sədrlik Azərbaycana keçdi. Türk Dövlətləri Təşkilatı bizim köklərimizə söykənən müasir bir həmrəylik modelidir. Unutmamalıyıq ki, bu təşkilat nəhəng bir coğrafiyanın iradəsini təmsil edir. Vaxtilə türk dövlətləri bir araya gələrək Türk Dövlətləri Təşkilatının əsasını qoydular, bu gün artıq təşkilatın özü üzv ölkələri müxtəlif istiqamətlərdə, platformalarda dəstəkləyir, onlara inkişaf üçün yeni imkanlar açır. Əgər əvvəllər biz ideyanı yaşadırdıqsa, indi həmin ideya bizi yaşadır, birləşdirir və gücləndirir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.

Deputat bildirib ki, eyni zamanda TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, son illərdə təsis olunan Türk İnvestisiya Fondu kimi strukturlar ümumtürk həmrəyliyinin parlamentar, mədəni, elmi, iqtisadi və digər sahələrdə dayaqlarını möhkəmləndirir:

“Türk Dünyasında ölkələrimizin maraqlarına və zamanın tələblərinə uyğun olaraq günü-gündən yeni təşəbbüslər və mexanizmlər formalaşır. Türk dövlətlərinin başçıları arasında əlaqələrin xarakteri də bunu bir daha sübut edir. Görüşlər rəsmi format ilə yanaşı, həm də dostluq, səmimiyyət və etimad mühitində, qeyri-formal şəraitdə reallaşdırılır. Bu konteksdə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Şuşada keçirilən, bir çox ciddi məqamları əhatə edən qeyri-rəsmi Zirvə Görüşü mühüm bir nümunə oldu. 16 illik Türk Dövlətləri Təşkilatı hər il böyüyür, genişlənir, dərinləşir”.

Günay Əfəndiyeva son zamanlarda Türkmənistanın Türk dünyasının ortaq fəaliyyətlərində aktiv iştirakını da yüksək qiymətləndirib:

“Zirvə çərçivəsində Türk dövlətlərinin başçıları tərəfindən Türkmənistanın Füzulidə inşa edəcəyi məscidin onlayn formatda təməli qoyuldu. Artıq həmrəyliyimiz dini dəyərlərimiz üzərində də möhkəmlənir. Əminəm ki, bu məsciddən Qarabağa yayılan azan səsi türk birliyinin sədalarını daha da yüksəldəcək. Zirvə Görüşünün ortaq türk mədəniyyətinin inkişafı üçün çox vacib təkliflərlə yadda qalıb.

Cənab Prezident Birinci Türkoloji Qurultayın 100 illiyinin gələn il TDT çərçivəsində təntənəli şəkildə təşkil olunması təşəbbüsü ilə çıxış etdi. Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev dahi Nizaminin və Nəvainin yaradıcılığı Türk Dünyasının mənəvi irsi kimi böyük beynəlxalq konfransın keçirilməsini irəli sürdü.

Türkiyə Respublikasının Prezidenti cənab Recep Tayyip Erdoğan  15 dekabrın – Dünya Türk dili Ailəsi Günü kimi elan olunmasını təklif etdi”.

Deputat vurğulayıb ki, bu dəyərli təşəbbüslərin reallaşdırılması xalqlarımızı bir-birinə daha da doğmalaşdıracaq və ortaq mədəni kimliyimizin yaşadılmasına xidmət edəcək”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri