Icma.az
close
up
RU
Статья не опубликована
Əgər Rusiya bunu etmək istəyirsə, Azərbaycan tərəfi bunu qəbul etməyə hazırdır millət vəkili

Əgər Rusiya bunu etmək istəyirsə, Azərbaycan tərəfi bunu qəbul etməyə hazırdır millət vəkili

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

“Rusiya Baş nazirinin müavini Aleksey Overçukun son açıqlaması böyük maraq doğurub. Belə ki, o, Moskvanın Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesində ölkələrə məsləhətçi yardım göstərməyə hazır olduğunu bildirib. Eyni zamanda Rusiyanın müvafiq kartoqrafik materialı olduğu və lazım gələrsə, delimitasiya və demarkasiyada iştirak edən tərəflərin tələbi ilə onlara verilə biləcəyini diqqətə çatdırıb”.

“Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinə Rusiyanın maraq göstərməsi başa düşüləndir. Yəni, doğrudan da Overçukun səsləndirdiyi fikirdə bir həqiqət var ki, 1828-ci ildən sonra Qafqazda hansı xəritələr çəkilibsə, o xəritələr Rusiyanın sifarişi ilə çəkilibdir. SSRİ elə Çar Rusiyasının varisi idi. Onu da elə Rusiya hesab etmək olar. Baxmayaraq ki, müttəfiq respublikalar var, nəticə etibarilə kartoqrafiya kimi mürəkkəb və texniki imkanlar tələb edən proses SSRİ-də elə Rusiya kartoqrafları tərəfindən həyata keçirilirdi. Ona görə də düşünürəm ki, doğrudan da belə bir köməyə ehtiyac ola bilər. Ancaq burada bir məsələ aydın deyil”.

Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, əgər Overçuk Rusiya kartoqraflarının işlədiyi 1903-cü il xəritəsi ilə bağlı əlavə materiallar vermək istəyirsə, Azərbaycan delimitasiya və demarkasiya üçün buna hazırdır.

“Biz bunu qəbul edə bilərik. SSRİ qurulandan sonra SSRİ topoqrafları tərəfindən çəkilən xəritələr var. Əgər orada doğrudan da Zəngəzurun, Göyçənin, Dərələyəzin Ermənistana verilməmişdən əvvəlki dövrdə olan xəritələri varsa, Azərbaycan bu xəritələri məmnuniyyətlə qəbul edə bilər. Çünki 1920-ci il aprelin 28-də Azərbaycan Qızıl Ordu tərəfindən işğala məruz qaldıqdan sonra Rusiya Kommunist Bolşeviklər Partiyasının bir neçə qərarı ilə Azərbaycanın xeyli torpaqları Ermənistana verilib. O cümlədən Zəngəzur, Göyçə və Dərələyəz Ermənistana verilib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ermənilərə verdiyi 9000 kvadrat kilometr ərazi 29,8 min kvadrat kilometrə çatdırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin qərarından sonra Ermənistana verilmiş 20 min kvadrat kilometrlik ərazinin Rusiyada hansı xəritəsi varsa, biz o xəritəni böyük məmnuniyyətlə qəbul edirik. Rusiya bu xəritələri bizə versə, çox yaxşı olar. Xəritələrlə bərabər, SSRİ dövründə ermənilərə verilən torpaqlarımızla bağlı hansı qərarların qəbul edildiyini və hansı sənədlərin mövcud olduğunu da təqdim etsin. Çünki bu qərarlar legitim qərarlar deyil və Azərbaycan xalqının iradəsinə heç bir aidiyyəti yoxdur. Çünki 1920-ci ildən 1922-ci ilə qədər, hətta 1924-cü ildə SSRİ-nin qurulması prosesi başa çatana qədər bizim ərazilərimiz, həmin o 20 min kvadrat kilometr Azərbaycan xalqının iradəsindən kənar, Azərbaycan dövlətinin xəbəri olmadan ermənilərə verilib. Əgər bütün bunlar nəzərdə tutulursa, biz bunları məmnuniyyətlə qəbul etməyə hazırıq. Yox, əgər Overçuk ondan sonrakı mərhələdə SSRİ kartoqrafları içərisində çoxsaylı erməni kartoqraflarının vasitəsilə ermənilərin lehinə saxtalaşdırılmış xəritələrdən danışırsa, əlbəttə, biz bunu qəbul edə bilmərik. Ona görə də bu fikrə yenidən aydınlıq gətirilməlidir”.

Rəfiqə NAMAZƏLİYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 31 Yanvar 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri