Icma.az
close
up
RU
Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb FOTOLAR

Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb FOTOLAR

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Aydın bölgəsinin sahilində yerləşən gözəl Didim qəsəbəsi, Türkiyənin Egey dənizi sahillərində gizli qalmış bir incidir. Qızılı qumlu çimərlikləri, möhtəşəm təbiəti və zəngin tarixi ilə Didim hər kəsi valeh edən bir cənnət guşəsini xatırladır.

Bodrum, Muğla və İzmir hava limanlarından asanlıqla çatmaq mümkündür. Burada zövqünüzə uyğun geniş seçimlər var: lüks beşulduzlu otellərdən tutmuş rahat butik otellərə qədər. Didimdə olarkən Ege mətbəxinin ləziz təamlarından dadaraq hər anın dadını çıxarın.

Bakıvaxtı.az isti yay günlərində bu gözəl Egey məkanını kəşf etmək üçün 5 səbəbi göstərir:

Təmiz sular və çimərlik

Möhtəşəm təbiəti ilə Didim, sahili boyunca uzanan füsunkar çimərlikləri ilə seçilir. İstər günəşin altında istirahət edin, istər gün boyu min bir çalarda mavilikdə üzün, bu çimərliklər sizə dəniz kənarında unudulmaz anlar yaşadacaq.

Didimin ən məşhur çimərliyi olan Altınkum – adı kimi, “qızıl qum”u və büllur kimi şəffaf dənizi ilə hər kəsin sevimlisidir. Amma yalnız Altınkum deyil; Sarıkum, Huzur və Akbük kimi sakit guşələr də dəniz kənarında tam bir rahatlıq bəxş edir.

Macəra axtaranlar üçün Didimdən çıxan gündəlik qayıq turları da əla seçimdir. Bu turlar sizi gizli qalmış körfəzlər və kimsəsiz kiçik adalara aparır – məsələn, Cennet Akvaryum və Saplı Ada kimi gözəlliklərə.

Didim ətrafındakı Egey dənizinin sualtı dünyası da dərinlikləri kəşf etmək üçün möhtəşəm imkanlar təqdim edir. Qayıqlardan dalış edərək müxtəlif balıq növlərini, dayaz rifləri, qədim amforaları və xüsusi olaraq batırılmış sahil mühafizə gəmisini görə bilərsiniz.

Qədim möcüzələrə açılan qapı

Didim, təkcə gözəl Egey sahili ilə deyil, həm də zəngin qədim irsi ilə fərqlənir. Qədim Didim – yəni Didyma, İoniya şəhərlərindən biri olan Miletusun müqəddəs məbədi kimi tanınırdı. Didyma qədim dövrdə kahinlik və peyğəmbərlik mərkəzi olmuş Apollon məbədi ilə məşhur idi. Bu möhtəşəm məbəd, qədim dünyanın ən böyük məbədlərindən biri sayılır və Miletus şəhəri ilə müqəddəs bir yol vasitəsilə birləşirdi.

Hətta məşhur tarixçi Herodot da Didyma Apollon məbədindən bəhs edir ki, bu da onun tarixi əhəmiyyətini daha da artırır. Günümüzə qədər gəlib çatan nəhəng İon sütunları və daşdan oyulmuş məşhur Meduza relyefi, məbədin görkəmini bu gün də qoruyur.

Tarixi sevənlər üçün burada dayanmaq kifayət deyil. Məbəddən başlayaraq qədim yol boyunca gəzə bilərsiniz və ya yarım saatlıq məsafədə yerləşən Miletus şəhərinə, filosoflar yurduna səfər edə bilərsiniz.

Sahildən kənarda toxunulmamış gözəlliklər

Didim yalnız tarixi zənginlikləri ilə deyil, həm də heyrətamiz təbiət mənzərələri ilə təbiətsevərlərə unudulmaz istirahət imkanı yaradır. Bölgənin ən görkəmli təbii möcüzələrindən biri Bafa gölüdür – Egey bölgəsinin ən böyük gölü və Türkiyənin əsas ekoloji turizm məkanlarından biridir.

Bafa Gölü Təbiət Parkı müxtəlif piyada yürüş marşrutları ilə yanaşı, quş müşahidəsi üçün də əla şərait yaradır. Burada çoxlu miqrasiya edən quş növləri məskunlaşır və yuva qurur. Gölün ərazisində üç ada yerləşir. Qayıq icarəyə götürərək bu adaları, qayalı landşaftları, zeytun bağlarını, həmçinin qədim monastır və kilsələri kəşf etmək mütləq siyahınızda olmalıdır.

Didim, həm özünüz, həm də sevdikləriniz üçün xüsusi hədiyyələr tapa biləcəyiniz autentik yerli bazarlar və orqanik yarmarkalarla tanınır. Orqanik bazarlarda mövsümi Egey meyvə-tərəvəzləri, yerli bazarlarda isə əl işi tekstil və keramika məhsulları təqdim olunur.

Bu cür bazarlarda alış-veriş etmək həm yerli istehsalçıları dəstəkləmək, həm də bölgənin mədəniyyətini yaxından hiss etmək üçün əla fürsətdir. Burada Egey mətbəxinin ləziz təamlarını dadaraq özünüzü tam bir yerli kimi hiss edə bilərsiniz. Xüsusilə orqanik zeytun yağı və bal almağı unutmayın.

Didim Eüfrəsində egey ləzzəti

Söhbət yeməkdən düşmüşkən, Didim Egey mətbəxinin incə dadlarını kəşf etmək üçün mükəmməl ünvandır. Günlər burada ənənəvi səhər yeməyi ilə başlayır – süfrədə təzə tərəvəzlər, göyərtilər, zeytunlar, əlavə bakir zeytun yağında isladılmış xırt-xırt çörək, eləcə də əncir və üzüm kimi yerli meyvələrdən hazırlanan ev marmeladları üstünlük təşkil edir.

Nahar və şam yeməklərində isə mövsümi tərəvəzlərdən və yerli otlardan – məsələn, dəniz börülcesi (dəniz qulançarı) və şevketi bostan (tikanlı ot) ilə hazırlanan zeytun yağlı yeməklər süfrəyə gətirilir. Bu yeməklər çox vaxt iştahaaçan qəlyanaltılar və ya yüngül əsas yeməklər kimi təqdim olunur. Yanında rəngarəng salatlar və təzə tutulmuş dəniz məhsulları isə süfrəyə xüsusi ləzzət qatır.

Egey dənizinin bərəkəti sayəsində süfrələr çipura, levrek, ahtapot, kalamari və karides kimi dadlı dəniz nemətləri ilə zəngin olur. Bütün bunlar Didimdəki tətilinizi unudulmaz bir qastronomik səyahətə çevirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 İyul 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri