Icma.az
close
up
RU
Əhali arasında içki və siqaretə maraq artıb “İctimai qınaq artıq heç bir rol oynamır”

Əhali arasında içki və siqaretə maraq artıb “İctimai qınaq artıq heç bir rol oynamır”

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

2020-2024-cü illərdə Azərbaycanda istehlakçılar tərəfindən içki və tütün məmulatlarına 12 milyard 206.5 milyon manat xərclənib. Bu barədə Yenisabah.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamalar aparıb. Hesablamaya əsasən, , 2020-ci ildə istehlakçılar içki və tütün məhsullarına 2 milyard 168.5 milyon manat xərclədiyi halda, 2024-cü ildə bu göstərici 2 milyard 726.5 milyon manata yüksəlib.

Bəs görəsən, cəmiyyətdə tütün və alkoqollu məhsullara olan tələbin artmasının başlıca səbəbləri nədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, pis vərdişlərlə meyillənən şəxslər arasında xanımların da sayı xeyli çoxalıb:

“İstehlak edilən məhsullar arasında alkoqol və tütün məmulatlarının payında artım müşahidə olunur. Bu başqa bir məsələdir ki, Azərbaycanda həm alkoqol, həm də tütün məhsullarından istifadə ilə bağlı cavanlaşma var. Ən pis tendensiya isə odur ki, pis vərdişlərlə meyillənən şəxslər arasında xanımların da sayı xeyli çoxalıb. Bu çox ciddi və bir o qədər də düşündürücü məsələdir. Düşünürəm ki, tibb sahəsinin nümayəndələri həyəcan təbili çalmalıdır. Çünki xanımların erkən yaşdan alkoqol və tütün məhsullarından istifadə etməsi gələcəyimizi təhdid edir. Təcrübə göstərir ki, pis vərdişlərin olması yeni doğulanlar üçün bir çox tibbi problemlər yaradır. Biz çalışmalıyıq ki, bunun qarşısını alaq”. 

Sosioloq qeyd edib ki, bu cür həyat tərzi daha çox serial və filmlərdən cəmiyyətə ötürülür:

“Son vaxtlar kafelərdə, restoranlarda açıq və rahat bir şəkildə xanımlar sulu qəlyanlardan, siqaretlərdən istifadə edirlər. İctimai qınaq artıq heç bir rol oynamır. Azərbaycanda son vaxtlar daha çox liberal dəyərlər üstünlük təşkil edir. Ən pisi odur ki, bu cür həyat tərzi daha çox serial və filmlərdən cəmiyyətə ötürülür. Xüsusən xanımların bir çoxu, seriallardakı qadın obrazlarına özlərini oxşadırlar. Siqaret və alkoqolun birbaşa qadağan edilməsi yolverilməzdir. Bu qanunvericiliyə də uyğun deyil. Sadəcə olaraq, təbliğat və sosial çarxlar vasitəsi ilə tədricən bunu aradan qaldırmaq olar”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri