Icma.az
close
up
RU
“Əhali az olan bölgələrdə dərs yükünün azlığı müəllim çatışmazlığına səbəb olur” TƏHSİL EKSPERTİ

“Əhali az olan bölgələrdə dərs yükünün azlığı müəllim çatışmazlığına səbəb olur” TƏHSİL EKSPERTİ

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kənd məktəblərində müəllim çatışmazlığı illərlə yığılıb qalmış struktur boşluqların nəticəsi olsa da, son 5 ildə Elm və Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi siyasət həm maddi stimullar, həm infrastruktur, həm də peşəkar inkişaf baxımından keyfiyyətcə yeni mərhələ yaradıb və vəziyyəti beynəlxalq təcrübə ilə müqayisədə daha üstün mövqeyə çıxarıb”.

Bunu Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib:

“Müəllimlərin kənd məktəblərinə getməmə səbəbi nazirin də qeyd etdiyi kimi “müəllimin olmaması” deyil, “dərs yükünün tam ştatı doldurmaması”dır. Azərbaycan Respublikasının Təhsil Haqqında Qanunun 18-ci maddəsi müəllimin əməyinin tam ştat üzrə təşkili, iş şəraiti və sosial təminatın dövlət öhdəliyi olduğunu təsbit etdiyi halda, əhali sayının az olduğu kəndlərdə bu maddənin real icrası uzun müddət zəif qalıb. Nazirliyin son illərdə atdığı addımlar isə məhz bu boşluğu doldurur.

Statistika vəziyyətin dinamikasını aydın şəkildə ortaya qoyur. 2019–2024-cü illərdə kənd müəllimlərinə verilən maddi stimullar 240 faiz artıb. 2019-cu ildə region müəllimlərinə verilən illik əlavə ödəniş 800 manat olduğu halda, 2024-cü ildə bu rəqəm 2000 manata çatdırılıb. Bu artım OECD ortalamasından (15–18 faiz) 10 dəfədən çox yüksəkdir. Eyni dövrdə kənd məktəblərində vakansiyaların dolma səviyyəsi 54 faizdən 71 faizə yüksəlib. İnfrastruktur sahəsində də ciddi irəliləyiş var: son 5 ildə 900-dən çox məktəb əsaslı təmir edilib, 250 kənd məktəbi yeni binaya köçürülüb, kənd məktəblərinin internetlə təminatı 28 faizdən 92 faizə qalxıb. Bu göstərici Türkiyədə 65 faiz, Gürcüstanda 47 faiz səviyyəsindədir və Azərbaycan region məktəblərinin texnoloji təminatında Cənubi Qafqazın liderinə çevrilib.

Apardığım təhlil göstərir ki, yeni iş modelinin mahiyyəti müəllimə tam iş yeri şəraiti yaratmaqla onun maddi vəziyyətini stabilləşdirməkdir”.

Kamran Əsədov qeyd edib ki, dərs saatı az olan kənd məktəblərində maaşın aşağı qalması problemi yeni mexanizmlə həll olunur:

“Müəllimin iş günü 09:00–18:00 formatına keçdikdə o, yalnız dərs saatı deyil, metodik hazırlıq, şagirdlə fərdi iş, layihə fəaliyyəti və məktəbdaxili proseslər üzrə də əmək haqqı alacaq. Bu isə dərs yükü az olan fənlər — musiqi, təsviri incəsənət, fiziki tərbiyə, informatika və s. üçün xüsusilə əhəmiyyətlidir. Artıq maaş “saatın çoxluğuna” deyil, “işin tamlığına” görə hesablanacaq. Bu model Estoniya, Sinqapur və Kanada kimi yüksək performanslı təhsil sistemlərinin tətbiq etdiyi mexanizmlərlə tam uyğun gəlir və həmin ölkələrdə müəllim nüfuzunun yüksəlməsində əsas rol oynayıb.

Nazirliyin bu prosesdə yaratdığı müsbət dəyişikliklər təkcə maddi deyil, həm də sosial xarakter daşıyır. Sertifikasiya nəticələri göstərir ki, peşəkar müəllimlərin sayı artıb: 2020-ci ildə kəndlərinin orta sertifikasiya balı 38 idisə, 2024-cü ildə bu rəqəm 54-ə yüksəlib. Bu, 42 faiz artım deməkdir və region üzrə ən yüksək dinamika Azərbaycandadır. Sertifikasiyada yüksək bal toplayan müəllimlərin maaşının 30–50 faiz artırılması onların kəndlərdə qalmasına və peşəkar inkişafına ciddi stimul yaradıb.

Dünya təcrübəsi ilə müqayisə göstərir ki, əhali sıxlığı az olan bölgələrdə dərs yükünün aşağı olmasına görə müəllim çatışmazlığı bütün ölkələrdə var. Finlandiya “çevik müəllim dövriyyəsi” modelindən istifadə edir, Estoniya regional müəllim paketləri tətbiq edir, Koreyada isə dərs yükü az olan müəllimlərə 40–70 faiz əlavə bonus verilir. Azərbaycan bu modellərdən daha çevik və daha təsirli mexanizm tətbiq edir — həm maddi əlavə, həm infrastrukturun yaxşılaşdırılması, həm də yeni iş rejimi ilə müəllimə tam ştat maaşı imkanı yaradılır. Bu isə beynəlxalq təcrübədən daha sürətli effekt verən modeldir.

Araşdırmalarım göstərir ki, bu gün kəndlərdə vəziyyət az maaş, dərs yükünün aşağı olması, yaşayış şəraitinin qeyri-sabitliyi və peşəkar mühitin məhdudluğu səbəbindən çətin görünür, lakin nazırlik bu problemləri indiyə qədər görünməmiş dərəcədə ardıcıl şəkildə həll edir. İnfrastruktur yenilənir, maaş artırılır, sosial paket genişləndirilir, peşəkar inkişaf gücləndirilir, yeni iş modeli müəllimə sabit gəlir və real iş yeri təmin edir”.

Kamran Əsədovun fikrincə, müəllimlərin kəndə getməməsinin səbəbləri realdır, amma nazirliyin apardığı işlər həmin səbəbləri ortadan qaldıran struktur islahatlara çevrilib:

“Məqsəd müəllimin nüfuzunu qaldırmaq, maddi vəziyyətini yaxşılaşdırmaq və kənd məktəblərini peşəkar iş mühitinə çevirməkdir. Son 5 ilin göstəriciləri sübut edir ki, vəzifə yalnız problemi demək deyil, onu həll etməkdir — və Elm və Təhsil Nazirliyi bunu ardıcıl şəkildə edir və beynəlxalq təcrübədən daha yaxşı nəticə əldə edir”.

Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, kənd məktəblərində müəllim çatışmazlığı müşahidə olunur.

Nazir xüsusən musiqi və təsviri incəsənət fənləri üzrə vəziyyətin daha ciddi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, əslində müəllimlər var, sadəcə kənd məktəblərində dərs saatlarının az olması səbəbindən orada çalışmaq müəllimlər üçün iqtisadi cəhətdən sərfəli deyil. Buna görə belə məktəblərə peşəkar müəllim göndərmək çətinləşir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri