Icma.az
close
up
RU
Əhali Bakıdan KÖÇÜRÜLƏCƏK? 200 300 km uzağa...

Əhali Bakıdan KÖÇÜRÜLƏCƏK? 200 300 km uzağa...

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Böyük şəhərlərdən, xüsusilə Bakıdan kəndlərə kütləvi qayıdış ehtimalı yenidən gündəmə gəlib. Bildirilir ki, bahalaşma, nəqliyyat sıxlığı, psixoloji gərginlik kimi amillərlə yanaşı, artıq yağışlar nəticəsində yaranan subasma da şəhər həyatını getdikcə çətinləşdirir.

Bəs hazırda insanların eyni intensivliklə yenidən kəndlərə qayıtması mümkündürmü?

Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, zaman-zaman inkişaf tendensiyalarına uyğun olaraq əhalinin ölkədaxili miqrasiyası daim baş verib:

"Bu, dünya təcrübəsində normal proses hesab olunur. Türkiyə, İran və digər qonşu ölkələrdə olduğu kimi insanlar əsasən iş imkanlarının daha geniş olduğu böyük şəhərlərə üz tuturlar. Bunun əsas səbəbi sənaye və xidmət sektorlarının inkişafı, eləcə də sosial infrastrukturun paytaxt və iri şəhərlərdə daha yaxşı qurulmasıdır. Nəticədə kəndlərdən şəhərlərə kütləvi köç müşahidə olunur. Eyni tendensiya Rusiya, Ukrayna və Belarus kimi ölkələrdə də qeydə alınıb. Lakin şəhərə köçüb orada adaptasiya olan insanların yenidən kəndlərə qayıtması demək olar ki, kütləvi xarakter almır. Dünya təcrübəsində bu proses çox zəif müşahidə olunur. Məsələn, İstanbul kimi milyonlarla əhalisi olan şəhərdə yaşayanların böyük hissəsi müxtəlif bölgələrdən köçənlərdir və dönüş halları çox nadirdir. Azərbaycan üçün də vəziyyət oxşardır. Ölkə kiçik olsa da, regionlardan paytaxta axın davam edir".

Ekspert bildirib ki, əks miqrasiyanın baş verməsi üçün regionlarda kiçik və orta sahibkarlığın inkişafına ciddi investisiyalar qoyulmalıdır:

"Dövlət maliyyə resurslarına və xüsusilə aşağı faizli kreditlərə əlçatanlığı təmin etməlidir. İnsanlar yalnız iqtisadi imkanlar olduqda kəndlərdə fəaliyyət qurmağa maraq göstərirlər. Hazırda Azərbaycanın kənd və qəsəbələrində bu imkanlar tam formalaşmadığı üçün kütləvi dönüş gözlənilmir. İnsanlar əsasən harada iş və gəlir varsa, orada yaşamağa üstünlük verirlər. Lakin səhiyyə, təhsil və sosial təminat sahələrində imkanlar genişləndirilərsə, müəyyən sahələr üzrə qayıdış mümkündür.

Qarabağın bərpası prosesi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ağdam, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Ağdərə kimi ərazilərdə yenidən qurulan şəhər və qəsəbələr gələcəkdə məskunlaşma üçün imkanlar yaradır. Amma prosesin uğurlu olması üçün əsas şərt yenə də iş yerlərinin yaradılması və dayanıqlı sosial təminatın təmin edilməsidir. Ümumilikdə, əhalinin geri dönüşünü müəyyən edən əsas amillər iş imkanları, sosial təminat və keyfiyyətli təhsil mühitidir. Bu şərtlər formalaşarsa, Bakıdan 200-300 km uzaqda yerləşən rayon və kəndlərə köçmək insanlar üçün çətin deyil. Əks halda, miqrasiya axınının istiqaməti dəyişməyəcək".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Aprel 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Tramp təsdiqlədi: İranla yeni təmaslar qurulub

29 Sentyabr 2026 01:01see138

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Almaniya üzrə əcnəbi əməkdaşların sayı 25 faizdən çoxdur

29 Sentyabr 2026 01:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri