Əhali banklara daha çox pul qoyub, az qazanırlar Əmanət faizləri enir KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən ilin dekabr ayının sonuna olan məlumata görə, banklara 14 milyard 661 milyon 949 min manat əmanət yerləşdirilib.
KONKRET.az Mərkəzi Banka istinadən xəbər verir ki, son on ildə əhalinin banklara yerləşdirdi əmanətlərin həcmi 5 milyard 188 milyon 14 min manat və ya 54,7% artıb. Belə ki, 2015-ci ildə əhalinin banklardakı əmanətlərinin həcmi 9 milyard 473 milyon 935 min manat olub.
Bəhs olunan dövrdə banklarda yerləşdirilən əmanətlərin orta faiz dərəcəsi 4.37% olub ki, bu da, son on ilin göstəriciləri ilə müqayisədə 3,03% azdır. Belə ki, 2015-ci ilin sonunda əhalinin banklardakı əmanətlərinin orta faiz dərəcəsi 7,4% təşkil edib.
Hesablamalardan məlum olur ki, əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi artsa da, orta faiz dərəcəsi azalır./valyutaaz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 31 Yanvar 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















