Icma.az
close
up
RU
Əhali bu bankdan əmanətlərini geri çəkir

Əhali bu bankdan əmanətlərini geri çəkir

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bank Avrasiya" ASC 2025-ci ilin birinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bankın cəmi öhdəliklər və kapitalı azalaraq ötən ilin sonunda 200 milyon 977 min manatdan 196 milyon 400 min manata düşüb. Bankın əməliyyat mənfəəti ötən ilin birinci rübündəki 1,485.77 min manatdan 1,389.03 min manata enib.

Pravda.az Teleqraf-a istinadla xəbər verir ki, maliyyə qurumunun kredit portfelinin həcmi azalıb. Belə ki, bankın kredit portfeli ilin əvvəlindəki 136 164.09 min manatdan aprel ayının 1-nə 131 627.41 min manata qədər geriləyib. Azalma əsasən biznes və daşınmaz əmlak kreditlərində baş verib. "Bank Avrasiya" ASC-nin biznes kreditləri üzrə portfeli yanvarın 1-nə olan 62,479.99 min manatdan aprelin 1-nə 59,196.53 min manata düşüb.

Bankdakı vaxtı keçmiş kreditlərin portfeldə çəkisi 16%-ə yüksəlib. Xatırladaq ki, 2025-ci ilin yanvarın 1-nə bu faiz nisbəti 13,63% (18 milyon 556 min manat) təşkil edirdi. Aprelin 1-nə olan rəqəmlərə görə, bankın ümumi kredit portfelində 20 milyon 177.16 manat kreditin vaxtı keçib. 20 milyon 177 min manat kreditin 3 milyon 336 min 73 manatı qeyri-qənaətbəxş, 1 milyon 918 min manatı təhlükəli, 15 milyon 673 min manatı ümidsizdir.

Bankın iqtisadiyyata ayırdığı vəsaitləri geri ala bilməməsi maliyyə vəziyyətini ağırlaşdırıb. Balansdan silinmiş ümidsiz kreditlərin manatla əsas məbləği 7 milyon 293 min manat, xarici valyutada 3 milyon 307 min manat olub.

Bankın aktivlər üzrə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 13 milyon 327 min manata çatıb. Zərər kimi tanınan ehtiyat xərclərinin artımı əslində bankın aktivlərinin sağlamlaşdırılması tədbirlərinin zəif effekt verməsini, eyni zamanda problemli aktivlərin artıdığını göstərir.

Bu ilin yanvar-mart aylarında "Bank Avrasiya"nın öhdəlikləri 6 milyon 427 min manat azalaraq 109 milyon 905 min manata düşüb. Bankın depozit portfeli kiçilib. Ötən ilin sonunda 63,14 milyon manatdan bu ilin mart ayının sonuna 57 milyon 380 min manata enib. Azalma həm fiziki, həm də hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə baş verib. Fiziki şəxslərin əmanətlərində 2,238.67 min manat, hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə isə 3,395.91 min manat azalma baş verib.

Bankın əhalidən vəsaitlərin cəlbində yaşadığı problem müştərilərə ayrılan borc vəsaitlərinin azalmasını şərtləndirib. Digər tərəfdən bank kreditləri ilə yanaşı, bankın qiymətli kağızlara yatırdığı vəsait eləcə də maliyyə sektoru üzrə tələbləri məhdudlaşıb.

Bankın subordinasiya borc öhdəlikləri ötən ilin sonundakı 903.71 min manatdan bu ilin birinci rübündə 1,473.6 min manata yüksəlib.

Qeyd edək ki, ötən ilin noyabrında bankın səhmdarları siyahısında dəyişiklik olub. Bankın nizamnamə kapitalının 37,5 faiz hissəsinə malik "YevroStandart" MMC-nin payı "Top Properties" MMC-yə satılıb.

Eyni zamanda, bankın digər səhmdarı - "PMD Group" MMC-nin nizamnamə kapitalındakı 37,5 faiz iştirak payının 12 faizi "Top Properties" MMC-yə, 24,5 faizi artıq 25 hissəyə sahib olan "Azbizneskom" MMC-yə və 1 faizi isə Rüstəm Eynullayevə satılıb.

Bununla da bankın nizamnamə kapitalının 49,5 faizinə "Top Properties" MMC, 49,5 faizinə "Azbizneskom" MMC və 1 faizlik hissəsinə isə R.Eynullayev sahiblik edir.

Xatırladaq ki, "Bank Avrasiya" ASC 2007-ci ildən fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Aprel 2025 06:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see192

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see127

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see116

Maskın təklifi

08 İyun 2025 04:23see114

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see113

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see112

Ozempic qeyri adi bir yan təsirə malikdir..?

07 İyun 2025 23:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri