Icma.az
close
up
RU
Əhali yeyib içmək xərclərini sürətlə artırır Səbəb nədir?

Əhali yeyib içmək xərclərini sürətlə artırır Səbəb nədir?

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ilin birinci rübündə əhalinin ictimai iaşə xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox artıb. Üç ay ərzində əhali restoran, şadlıq sarayları, yeməkxanalar, yemək sifarişləri və sair məqsədlərlə 561,3 milyon manat xərcləyib. Ötən ilin birinci rübü ilə müqayisədə 109 milyon manatdan çox, yəni 24,1 faiz artıb. Bu il hər gün əhali iaşə xidmətlərinə 6 milyon manatdan çox pul xərcləyib.  


Sfera.az bildirir ki, bu artımın əsas səbəbini iqtisadi amillərlə əlaqələndirmək çətindir. Çünki son bir ildə əhalinin gəlirlərində, o cümlədən əməkhaqqı gəlirlərində və ya ümumən iqtisadiyyatda belə sürətli artım qeydə alınmayıb. 


İqtisadi məntiqlə əhalinin "yeyib-içmək" üçün xidmətlərə xərclədiyi vəsaitin yüksək sürətlə artması mümkün deyil. 


Bu növ xərclərdə kəskin artımlar daha çox sosial baxışda baş verən dəyişiklikdən qaynaqlanır. 


İlin birinci rübü Yeni il, 8 Mart və Novruz kimi bayramların olduğu dövrdür. Bu dövrdə əhalinin iaşə xərclərinin yüksək olması başadüşüləndir. Amma nəzərə alaq ki, xərclərdəki artım 2024-cü ilin eyni dövrü ilə müqayisədə baş verib. Yəni, 2024-cü ilin birinci rübündə də bayramlar olub, əhali eyni məqsədlər üçün xərclər çəkib.

 
Bəs bu növ xərclərdəki dəyişiklik nəyin əlamətidir? 


Əslində, ictimai iaşə xərclərindəki dəyişiklik insanların, ailələrin sosial-psixoloji davranışlarındakı dəyişikliyi əks etdirir. Xərclərdə baş verən dəyişikliyi gücləndirən əsas amil insanların  bayramların əsl mahiyyətindən uzaq, daha çox istehlaka söykənən və görüntüyə önəm verilən xərcləri artırmasıdır. Ailələrin böyük bir qismi bu sosial və mədəni təzyiqlar səbəbindən, təkcə sosial görünüş naminə öz imkanlarını aşan xərclərə gedir.


Bundan əlavə, toy, nişan və digər məclislərin təmtəraqlı formada keçirilməsi artıq bir ənənəyə çevrilib və bu, cəmiyyətdə ciddi sosial-iqtisadi təzyiq yaradır. Gəliri orta səviyyədən aşağı olan ailələr belə, “adət belədir” deyə borca girib şadlıq evlərində mərasim keçirməyə üstünlük verirlər. Bu isə rifahın artmasından yox, sosial normativlərin yaratdığı məcburi davranışdan xəbər verir.


Digər tərəfdən, həyat tərzinin sürətlənməsi və urbanizasiyanın artması fonunda insanların evdə yemək bişirmək imkanları da azalır. Bu isə dolayısı ilə ictimai iaşəyə olan asılılığı artırır. Lakin bu artımın davamlılığı sual altındadır. Əgər belə xərclər real gəlir artımı ilə müşayiət olunmasa, o, uzunmüddətli sosial problemlərə yol aça bilər.


Buna görə də, əhalinin ictimai iaşə xərclərindəki artımı yalnız pozitiv göstərici kimi qiymətləndirmək düzgün olmazdı. Burada həm sosial zərurət, həm də istehlak cəmiyyətinə çevrilməyin yaratdığı təzyiqlər önəmli rol oynayır. Ümumilikdə isə ictimai iaşə xərclərinin yüksəlməsi gözlənilən haldır və ilin növbəti rüblərində də bu tendensiyanın davam edəcəyi ehtimal olunur.

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Aprel 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri