Icma.az
close
up
RU
Azərbaycanda əhali artımı ilə bağlı böyük təhlükə: Səbəb nədir?

Azərbaycanda əhali artımı ilə bağlı böyük təhlükə: Səbəb nədir?

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Son illərdə Azərbaycanda əhalinin artım tempində müşahidə olunan zəifləmə ciddi narahatlıq doğurur. Statistik göstəricilərə görə, müstəqillik əldə edildikdən sonra ölkədə ən aşağı doğum göstəricisi ötən il qeydə alınıb. İlkin məlumatlara görə, ölkədə ilk 10 ayda 80 802 uşaq dünyaya gəlib, ilin sonunda bu rəqəmin təxminən 95 000-ə çatacağı proqnozlaşdırılır. Maraqlıdır ki, 2024-cü ildə ölkədə 102 310, 2023-cü ildə 112 620, 2022-ci ildə isə 122 846 uşaq anadan olub. Hətta COVID-19 pandemiyası səbəbindən toy mərasimlərinə müəyyən məhdudiyyətlərin tətbiq edildiyi 2020-ci ildə 126 571, 2021-ci ildə isə 112 284 doğum qeydə alınıb.

Təhsil, karyera, sosiallaşma...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov bildirib ki, müasir dövrdə gənclər öz qarşısına yeni prioritetlər, məqsədlər qoyurlar. Əgər əvvəllər gənclər təhsil alaraq nikaha daxil olurdularsa, bu gün daha çox müstəqil həyata tərzinə üstünlük verirlər. Onlar qarşılarına qoyduqları məqsədlərə nail olduqdan sonra nikah barədə düşünməyə başlayırlar: “Təhsil, karyera, sosiallaşma, özünü inkişaf etdirmək və maddi stabillik gənclərin əsas məqsədləridir. Bu isə nikahların sayının azalmasına, nikah yaşının artmasına və nəticə etibarilə ailələrdə uşaqların sayının azalmasına gətirib çıxarır. Ailələrdə daha çox 1-3 uşağa üstünlük verilir. Bu tendensiya bir çox inkişaf etmiş ölkələrdə də müşahidə olunur və təbii prosesdir”.

Selektiv abortların təbii artıma təsiri

R.Mahmudov bildirir ki, son 10 il ərzində abortların artması faktoru da narahatedicidir: “Abortların yaş kateqoriyası üzrə bölgüsünə diqqət yetirsək görərik ki, 25-34 yaş arasında olan gənclər tərəfindən arzu olunmayan hamiləliyin qarşısının alınması preventiv vasitə kimi tətbiq olunur. Təəssüf ki, abortların bir hissəsi selektivdir. Bu gün Azərbaycanda hər 100 qız uşağına qarşı 112-114 oğlan uşağı dünyaya gəlir, bu da beynəlxalq normalara görə çoxdur. Demoqrafiyanın inkişafı üçün hər 100 qız uşağına 102-104 oğlan uşağı dünyaya gəlməlidir. USM-nin əsas istifadə istiqamətləri ananın və dölün sağlamlığının yoxlanılması və izlənilməsidir. Lakin təəssüf ki, valideyn olmağa hazırlaşan şəxslər USM aparan həkimə dölün cinsiyyətini müəyyən olunması üçün müraciət edirlər”.

Qurum rəsmisi vurğulayır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bütün bölgələrdə və paytaxtda maarifləndirmə tədbirləri təşkil olunur.

“Azalma tendensiyası 5-6 il davam edəcək”

Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov deyir ki, Azərbaycanda 1995-2004-cü illər arasında doğum səviyyəsi iki dəfədən çox azalmışdı. Hazırda həmin dövrdə doğulan nəsil ailə qurmaq yaşına çatıb: “Bu isə o deməkdir ki, indi ailə quracaq gənclərin sayı əvvəlki illərlə müqayisədə xeyli azdır. Nəticə etibarilə bu amil ailə quruculuğunu zəiflədir, nikahların sayının azalmasına səbəb olur və bu azalma birbaşa doğum göstəricilərinə də təsir edir. Bu demoqrafik azalma tendensiyası təxminən 5-6 il davam edəcək, daha sonra isə müəyyən artım müşahidə oluna bilər. Lakin bu artım əvvəlki dövrlərdəki səviyyəyə çatmayacaq. Əgər göstəriciləri faizlə ifadə etsək, 10 il əvvəl əhalinin artım tempi 1,1-1,2 faiz təşkil edirdisə, hazırda bu rəqəm 0,35-0,4 faiz səviyyəsinə düşüb. Yəni artım tempi təxminən üç dəfə azalıb. Azalma əsasən şəhər əhalisi üzrə özünü göstərir. Belə ki, şəhərlərdə təbii artım səviyyəsi 0,15 faizə qədər enib, doğum göstəriciləri də əhəmiyyətli dərəcədə aşağı düşüb. Əgər əvvəllər hər min nəfərə düşən doğum sayı 10-11 nəfər idisə, son 4-5 ildə bu göstərici azalaraq, bu il təxminən 9 nəfər səviyyəsinə düşüb. Bu isə artıq ciddi demoqrafik problem kimi qiymətləndirilir”.

Maddi və sosial yardım, icra mexanizmi...

Mütəxəssisin sözlərinə görə, bu tendensiyanın qarşısının alınması üçün ardıcıl və məqsədyönlü demoqrafik siyasət yürüdülməlidir: “Bu demək olar ki, bütün dövlətlərdə tətbiq olunur. Əsas hədəf gənclər üçün əlverişli şəraitin yaradılması, ailə quruculuğunun təşviqi və dövlətin bu prosesdə fəal iştirak etməsidir. Ailə qurmaq istəyən gənclərə dövlət dəstəyi göstərilməli, uşaqlar dünyaya gəldikdən sonra ailələrə maddi və sosial yardım mexanizmləri işlək olmalıdır. Bunlar dövlət təcrübəsində geniş yayılmış və effektiv nəticə verən alətlərdir”.

“O dövrdə Azərbaycan dünyanı təəccübləndirirdi”

Coğrafiya üzrə fəlsəfə doktoru Saleh Nağıyev deyir ki, 1960-cı illərdə Azərbaycan təbii artım göstəricisinə görə dünyada birinci yer tuturdu. Həmin dövrdə hər min nəfərə 44 uşaq doğulurdu, bu isə bütün dünyanı təəccübləndirirdi: “İndiki vəziyyət tam fərqlidir. Hazırda ölkədə hər min nəfərə düşən doğum sayı təxminən 6-7 nəfər səviyyəsinə enib. Bu, ciddi demoqrafik tendensiyadır. Amma bu problem yalnız Azərbaycana xas deyil. Bütün dünyada oxşar demoqrafik azalma müşahidə olunur”.

“Böhran tam dəhşətli səviyyədə deyil”

Mütəxəssis bildirir ki, sosial-iqtisadi durum demoqrafik proseslərə ciddi təsir göstərir: “1990-cı illərdə 8-9 uşaqlı ailəni saxlamaq mümkün idisə, bu gün bu, demək olar ki, real deyil. Çoxuşaqlılıqdan azuşaqlılığa keçid, boşanmaların artması və nikahların azalması demoqrafik disbalansın əsas səbəblərindəndir. Hazırda təhlükə mənbələrindən biri boşanmaların artmasıdır, digəri isə gənclərin ailə qurmağa marağının azalmasıdır. Bu iki amil doğum göstəricilərinə və ailə modelinə təsir edir. Amma çıxış yolları var”. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:463
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Yanvar 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri