Icma.az
close
up
RU
Əhalini qorxuya salan proqnoz yayıldı Çıxış yolu budur

Əhalini qorxuya salan proqnoz yayıldı Çıxış yolu budur

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Son 20 ildə dünyada silahlanmaya yönəldilən investisiyalar sürətlə artıb və qlobal hərbi xərclər 2000-ci illə müqayisədə təxminən 70-80 faiz yüksəlib”.

Bu sözləri Globalinfo.az-a coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov deyib.

O qeyd edib ki,  2000-ci ildə dünya üzrə hərbi xərclər 1 trilyon ABŞ dollarından bir qədər az idisə, 2024-cü ildə bu rəqəm 2,2 trilyon dollara çatıb:

“Yəni iki onillik ərzində müdafiə və silah sənayesinə qoyulan investisiyaların həcmi təxminən iki dəfə artıb. Bu dinamika geosiyasi gərginliklər, regional münaqişələr və dövlətlərin hərbi rəqabəti fonunda daha da güclənib. Halbuki bu miqyasda sərmayə başqa sahələrə yönləndirilsə, qlobal dayanıqlıq baxımından daha böyük fayda təmin edilə bilərdi. Məsələn, həmin vəsaitlərin bir hissəsinin su sektoruna yatırılaraq içməli su infrastrukturunun modernləşdirilməsinə, su itkisinə qarşı texnologiyaların tətbiqinə və quraqlığa davamlı sistemlərin qurulmasına yönəldilməsi mümkün idi. Eyni zamanda, ərzaq istehsalı və kənd təsərrüfatı üçün ayrılacaq investisiyalar məhsuldarlığı artırar, ərzaq təhlükəsizliyini gücləndirər və idxaldan asılılığı azaldardı”.

Rövşən Abbasov

Ekspert bildirib ki, qlobal səviyyədə iqlim dəyişmələri ilə mübarizə, bərpaolunan enerji, ekosistemlərin qorunması və adaptasiya tədbirləri hər il cəmi 200-300 milyard dollarlıq əlavə investisiya ilə ciddi irəliləyiş əldə edə bilər:

“Nəticə etibarilə, son onilliklərdə silah sektoruna yönələn böyük kapitalın alternativ sahələrə, xüsusilə su resurslarının idarə olunmasına, ərzaq istehsalına və iqlim adaptasiyasına yönəldilməsi daha təhlükəsiz, dayanıqlı və motrasional inkişaf modeli yarada bilərdi”.

Qeyd edək ki, bir müddətir türkiyəli maliyyə eksperti İslam Məmişin su ehtiyatları ilə bağlı səsləndirdiyi proqnoz ciddi müzakirələrə səbəb olub. Ekspertin “10-20 il sonra insanlar su tapmaqda çətinlik çəkəcək” xəbərdarlığı, hətta suyun gələcəkdə qızıl, gümüş və bitkoin qədər dəyər qazanacağını deməsi narahatlıq yaradıb.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri