Icma.az
close
up
RU
“Əhalinin gəliri kreditlərin ödənilməsinə gedir” İqtisadçıdan sərt açıqlama

“Əhalinin gəliri kreditlərin ödənilməsinə gedir” İqtisadçıdan sərt açıqlama

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda kredit kartlarının sayı azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən kredit kartlarının sayı iyuldakı 2 milyon 223 min ədəddən avqust ayında 2 milyon 123 minə qədər azalıb. Ötən ilin eyni dövründə kredit kartlarının sayı 2 milyon 282 min ədəd olub. Bu, aylıq ifadədə 4.5 faiz, illik ifadədə isə 7 faiz azalma deməkdir.Kredit kartları ilə həyata keçirilən əməliyyatların sayı ötən ilin avqustunda 13017-yə, bu ilin iyulunda 14151-ə, avqustda isə 13075-ə bərabər olub. Bu isə aylıq 7,6 faiz azalma, illik ifadədə isə 0,5 faiz artımdı.

Bəs kredit kartlarının  azalmasına səbəb nədir?

Moderator.az-a açıqlama verən  iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova  bildirib ki, kredit kartları Azərbaycanda ilk dəfə istifadəyə verildiyi dövrdə bir növ “lüks” hesab olunurdu:

“Sonrakı mərhələdə banklar tərəfindən nağdsız ödənişlərin azaldılması və likvidliyin qorunması məqsədilə debet, xüsusilə də kredit kartlarının istifadəsini stimullaşdıran müxtəlif kampaniyalar həyata keçirildi. Kredit kartlarının sayının artması şəxsi istehlakı da artırdı, təəssüf ki, paralel olaraq gecikdirilən və ödənilməyən borclar, nəticə etibarilə isə problemli kreditlərin həcmini yüksəltdi.

Digər bir səbəb Mərkəzi Bankın sərt monetar siyasəti nəticəsində illik faiz dərəcələrinin artması və banklar tərəfindən müxtəlif adlar altında tutulan komissiya haqları oldu.

Bundan əlavə, bu hal müəyyən mənada alıcı təfəkkürü ilə də bağlıdır. Günümüzün reallığı ondan ibarətdir ki, əhalinin əksər hissəsinin ailə gəlirlərinin  50 faizi kredit və ya borc ödənişlərinə yönəlir. Belə bir şəraitdə kredit kartı əlavə borc öhdəliyi yaradır.

Eyni zamanda, bəzi bankların sərt siyasəti də cəmiyyətdə narazılıq doğurdu. Məsələn, əgər kart aktiv istifadə olunmursa və ya bank tərəfindən limitin artırılması ilə bağlı mesaj göndərilirsə, lakin istifadəçi razılıq vermirsə, həmin kart bloklanaraq ləğv edilir.

Son dövrlərdə kredit kartlarının azalmasının əsas səbəbinin də məhz bu amillərlə bağlı olduğunu düşünürəm”

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri