Icma.az
close
up
RU
Əhalinin nəzərinə: gələn il daha bir artım ola bilər

Əhalinin nəzərinə: gələn il daha bir artım ola bilər

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində nəzərdə tutulan dəyişikliklər ciddi müzakirələrə səbəb olub. Layihəyə əsasən, gələn ildən əmək və ya mülki müqavilə əsasında işləməyən, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər üçün icbari tibbi sığorta xidmətləri ödənişli ola bilər. Əslində, bu qərarın 2024-cü ildən tətbiqi planlaşdırılsa da, sonradan müddət uzadılıb. Hazırda həmin şəxslərin tibbi sığorta haqları dövlət büdcəsi hesabına qarşılanır.

İşsiz və ya qeyri-rəsmi işləyən adamların sistemdən kənarda qalması nə dərəcədə doğrudur? Bu, hansı nəticələrə gətirib çıxaracaq?

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, burada əsas məsələ işsizlik deyil, sosial təminatla bağlıdır:

Sərdar Cəlaloğlu

“Əgər bu şəxslər dövlətin sosial təminatı sisteminə daxil ediləcəksə, bu məsələ də həmin çərçivədə tənzimlənəcək. Lakin faktiki olaraq heç bir yerdə işləməyən və gəliri olmayan insanların sığorta ödənişləri etməsi mümkün deyil. Yəqin ki, bu mövzuda əlavə şərtlər və istisnalar nəzərdə tutulacaq. Açıqlanandan sonra bu qərarın nə dərəcədə ədalətli olduğu, vətəndaşların sosial rifahına necə təsir göstərəcəyi və konstitusiyanın tələblərinə uyğunluğu barədə dəqiq fikir bildirmək mümkündür”.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli bildirib ki, işsiz şəxslərdən sığorta ödənişlərinin tutulması gözlənilən deyil:

Eyyub Kərimli

“Ola bilər ki, növbəti ildə icbari tibbi sığorta üzrə əməkhaqqıdan tutulacaq ödənişin faizləri artırılsın. Bu artım müəyyən mənada həmin məbləğin bir hissəsinin kompensasiya edilməsinə təsir göstərə bilər”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri