Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Əhaliyə səhiyyə xidmətinin keyfiyyəti artır

Əhaliyə səhiyyə xidmətinin keyfiyyəti artır

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İctimai və dövlət maraqlarının müdafiəsi


Vətəndaşlarımız “Reseptim” mobil əlavəsini yükləməklə, onlara yazılan reseptləri görə bilər


Ölkədə icbari tibbi sığortanın tətbiqinin başlanması ilə əhalinin tibb müəssisələrinə müraciəti çoxaldı, insanlarda həkimlərə, tibbə inam da artdı. İcbari tibbi sığorta ilə səhiyyə sahəsində daha bir neçə faydalı yeniliklərə, yeni tətbiqlərə yol açdı. Elektron resept, elektron bülleten xidmətinin icrasına başlanıldı. 

Son məlumatlara görə, 2024-cü il ərzində icbari tibbi sığorta çərçivəsində 5.2 milyondan çox şəxs tibb müəssisələrinə 24.1 milyon dəfə müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 54 faizi icbari tibbi sığortadan yararlanıb. Göstərilən xidmət sayı isə 84.4 milyon olub. Tibbi xidmətlərin 87 faizi ambulator, 13 faizi stasionar şəraitdə göstərilib. Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk beşliyində Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələri, Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası. Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sümük-əzələ sisteminin xəstəlikləridir. Bu statistika icbari tibbi sığortanın əhalinin sağlamlığının müdafiəsində necə böyük əhəmiyyət daşıdığına sübutdur. 


Qeyd edək ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə - özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrinə göndəriş verilir. Ötən il vətəndaşlara 331 984 göndəriş verilib. Bu xidmətlərdən 3055-i uşaqlara, 185 140-ı isə böyüklərə göstərilib. Göstərilən əməliyyatlar arasında invaziv radiologiya, oftalmoloji, ürək-damar cərrahiyəsi üzrə xidmətlər olub. Ötən ilin 11 ayı ərzində Xidmətlər Zərfi çərçivəsində 151 orqan transplantasiyası əməliyyatı icra olunub. Bunlardan 50 faizini böyrək, 46 faizini qaraciyər, 4 faizini isə sümük iliyi transplantasiyası əhatə edir. İcbari tibbi sığorta xidmətlərinə tibb müəssisələrində stasionar müalicə alan xəstələrin dərman preparatları ilə təminatı da daxildir. Bunun nəticəsidir ki, pərakəndə ticarət dövriyyəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara çəkilən xərclər üstünlük təşkil edib. Bu barədə millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov açıqlama verib. Millət vəkili qeyd edib ki, 2025-ci ilin ilk 5 ayında pərakəndə ticarət dövriyyəsi 3.8 faiz artaraq 23 milyard 341 milyon manat olub. Bu, məhz həmin məbləğdə mal və xidmətlərin istehlakçılara satılması anlamına gəlir. Pərakəndə ticarət dövriyyəsinin strukturunda diqqət çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibb ləvazimatlarına çəkilən xərclərdir. Bu xərclər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18.2 faiz artaraq, 598 milyon manatdan çox olub. Əczaçılıq məhsullarının alınmasına çəkilən xərclərdə artım həmin dövrdə pərakəndə ticarətin strukturunda rekord səviyyədə olub və bütün digər istiqamətləri üstələyib. Digər tərəfdən, həmin dövrdə yalnız bu istiqamət üzrə xərclərdə ikirəqəmli artım faizi qeydə alınıb. Bütün digər xərclər üzrə artım faizi birrəqəmlidir. Millət vəkili izah edib ki, əczaçılıq məhsulları üzrə xərclərin artması dərman preparatlarının qiymətlərindəki dəyişikliklər və eləcə də, tibbi xidmətlərə tələbin yüksəlməsi ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə tibbi xidmətlərin qiyməti həmin dövrdə 4.5 faiz yüksəlib. Tibbi təyinatlı malların qiymətində də artım qeydə alınıb. Bu isə o deməkdir ki, tələbin artması ilə yanaşı, tibbi xidmətlərdə qiymət artımları da davam edib. “Əczaçılıq məhsulları üzrə istehlak xərclərinin ailə büdcəsinə xüsusi təsirlərini nəzərə alsaq, bu istiqamətdə qiymət tarazlığının qorunması çox vacibdir. Doğrudur, dərman preparatlarının qiymətləri tənzimlənir. Amma bununla yanaşı, istehlak xərclərinin də optimallaşdırılması önəmlidir. Digər tərəfdən, qiymət və xərc tarazlığı üçün yerli istehsalın genişləndirilməsi və idxalın minimumlaşdırılması da vacibdir", - deyə deputat əlavə edib.


Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında bildirdi ki, dərman preparatlarının dövlət tibb müəssisələrində və ya icbari tibbi sığorta ilə müqaviləsi olan və göndəriş əsasında müalicə alan pasiyentlərə ödənişsiz verilməsi çox müsbət haldır. Lakin dərman preparatlarına əhalinin əlçatanlığının artırılmasını istəyiriksə, daxildə istehsalın genişləndirilməsi çox vacibdir: 

- Dərman preparatlarının ölkə daxilində istehsalı genişlənərsə, təbii ki, idxaldan asılılıq azalacaq, bu da qiymətlərin əlçatanlığını təmin edəcək. İcbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində bir çox müsbət yeniliklərə, inkişafa səbəb olur. Dövlət tabeli tibb müəssisələrində məlumat bazasının elektronlaşdırılması, elektron resept, elektron bülletenin tətbiqi vətəndaşların rahatlığı və lazım olan məlumatlara da sürətli və etibarlı əlçatanlığını təmin edir. Elektron resept kağız reseptin rəqəmsal versiyasıdır. “Elektron resept” sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır. Eyni zamanda, “Elektron resept” sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edir. Həkim müayinəsi və ya tibbi konsultasiyadan sonra vətəndaşlara elektron resept vasitəsilə təyin edilən dərman vasitələrini ölkəmizdə fəaliyyət göstərən istənilən aptek təşkilatından əldə etmək olar. Bunun üçün elektron reseptin qeydiyyat nömrəsini və ya elektron reseptin üzərindəki QR kodu əczaçıya təqdim etmək lazımdır. Elektron resepti əczaçıya istər pasiyentin özü, istərsə də elektron reseptini həvalə etdiyi şəxs təqdim edə bilər. Həmçinin, vətəndaşlarımız “Reseptim” mobil əlavəsini yükləməklə, onlara yazılan reseptləri görə bilər. Bu xidmət növü həkimlərin vətəndaşlara elektronlaşdırılmış, daha operativ şəkildə xidmət göstərməsini, həmçinin vətəndaşların da tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsini təmin edir. 

“E-bülleten” sistemi də səhiyyə xidmətlərində effektivliyi və operativliyi artırır. Bu barədə isə 93 FM-in “Sağlam radio” verilişində çıxış edən Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova danışıb. Onun sözlərinə görə, bu sistemin məqsədi əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarının şəffaf uçotu və nəzarətinin təmin olunması, habelə səhiyyə xidmətlərində effektivliyin və operativliyin artırılmasıdır: “Elektron xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi və idarə olunması prosesi müvafiq qanunvericiliyə əsaslanmaqla, Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) vasitəsilə həyata keçirilir. Həm dövlət, həm də özəl sektor bu sistemə inteqrasiya olunmaqla, eyni hüquqi və texniki tələblərə tabe olur. VSİS üzərindən həyata keçirilən bu proses sistemli nəzarət və hesabatlılıq baxımından mühüm əhəmiyyət daşıyır. Özəl tibb müəssisələrində çalışan həkimlər — dövlət sektorundakı həmkarları kimi — elektron xəstəlik vərəqəsi tərtib etmək üçün VSİS-də qeydiyyatdan keçməli, fərdi istifadəçi identifikatoru əldə etməli və yalnız “Sima” hüquqi imza vasitəsilə sənədləri rəsmiləşdirməlidirlər. Bu, onların hüquqi məsuliyyətini və sistemdəki hərəkətlərinin izlənilə bilməsini təmin edir”. Mütəxəssis qeyd edib ki, rəqəmsal səhiyyə sistemlərinin uğurlu tətbiqi təkcə dövlət qurumlarının deyil, həm də özəl sektorun aktiv iştirakı ilə mümkün olur: “Elektron xəstəlik vərəqələrinin vahid platformada idarə olunması bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının real nümunəsidir. Özəl sektorun bu sistemə inteqrasiya olunması, həm hüquqi baxımdan məsuliyyətin paylaşılmasını, həm də xidmət keyfiyyətinin artırılmasını təşviq edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyul 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see663

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see472

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see333

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see330

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see329

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see316

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see297

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see282

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see272

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see257

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see246

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see238

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see233

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see233

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see229

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see217

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see213

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see208

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see200

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri