ƏHD Partiyası Azərbaycan xalqını təbrik edib
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
ƏHD Partiyası mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, təbrikdə deyilir:
“Əziz həmvətənlər,
Qarşıdan 8 Noyabr Zəfər bayramı gəlir.
6 il öncə 44 gün davam edən Vətən müharibəsində xalqımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi, müstəqillik əldə etməyimizdən sonra ən böyük tarixi nailiyyətə imza atdı. Azərbaycan Respublikası Prezidentinin diplomatik müstəvidə əldə etdiyi, sözlə ifadə edilməsi mümkün olmayan uğuru, onun komandanlığı altında Silahlı Qüvvələrimizin döyüş meydanında göstərdiyi peşəkarlıq və şücaət, müttəfiqlərimizin verdiyi siyasi dəstək sayəsində 30 ildən artıq işğal altında qalan torpaqlarımızı azad etdik, erməni separatizminə son qoyduq.
Bu qələbə Azərbaycan tarixinin dönüş nöqtəsi, milli qürurun bərpası, millətimizin yenidən doğuşu, bütövləşməsi və yüksəlişinin əsası oldu.
Bu gün Qarabağda böyük bərpa-quruculuq işləri aparılır, işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır və soydaşlarımız tədricən öz doğma yurdlarına dönürlər.
Bu möhtəşəm qələbə həm də Türk Dünyasında özünəinamın bərpasına böyük təkan verdi.
Bundan sonrakı dönəmdə ədalətli cəmiyyət, hüquqi, demokratik dövlət quruculuğunda xalqımızın milli birliyi, qarşıda dayanan strateji hədəflərə doğru birgə addımlamağımız bizə yeni uğurlar qazandıracaq, xalqımız təhlükəsiz və rifah içərisində yaşayacaqdır.
Bizə Zəfər sevincini, qürurunu bəxş edən, xalqımızın ləyaqətini, özünəinamını bərpa edən əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin minnətdarlığımızı bildiririk”.
Zəfər Günümüz mübarək!”.
Baxış sayı:105
Bu xəbər 06 Noyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















