Əhməd əl Şaraa: Qolan təpələri Suriya ərazisi olaraq qalacaq
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Dövlətimizin suverenliyini pozmaq, beynəlxalq hüququ pozmaq üçün edilən hər hansı bir cəhd dayandırılacaq”
“Suriya Qolan təpələrini güzəştə getmək niyyətində deyil və Qolan Suriya dövlətinin ərazisi olaraq qalacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Suriya Prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasında çıxışında deyib.
"Dövlətimizin suverenliyini pozmaq, beynəlxalq hüququ pozmaq üçün edilən hər hansı bir cəhd dayandırılacaq. Qolan təpələri Suriya ərazisi olaraq qalacaq", - deyə o bildirib.
Prezident həmçinin İsrailin Suriyaya davam edən hücumlarını tənqid edib: "Biz İsrailin sülhü və təhlükəsizliyi pozan təcavüzünü qınayırıq".
Əhməd əl-Şaraaya görə, israillilər bu yaxınlarda Suriyada "500 hava hücumu, 1200-dən çox müdaxilə və 300 (Suriya vətəndaşı) həbs" həyata keçiriblər.
Qeyd edək ki, Qolan təpələri Yaxın Şərqdə mübahisəli ərazidir. Cənubi Suriyada və şimali İsraildə yerləşir. 1974-cü ildə ölkələr bu ərazidə İsrail və Suriya arasında mövcud sərhədi müəyyən edən bir müqavilə imzalayıblar. Lakin o vaxtdan bəri iki tərəf dəfələrlə zərbələr alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 24 Sentyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















