Əhməd Şara: Suriyanın yaralarını sağaltmaq zamanıdır, birlik olmalıyıq!
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriyanın paytaxtı Dəməşqdə keçirilən Milli Dialoq Konfransı 600-dən çox qonağın iştirakı ilə başlayıb.
Turkustan.az xəbər verir ki, konfransın nəticələri ölkənin yeni rəhbərləri üçün tövsiyə xarakteri daşıyacaq.
Xalq Sarayında tarixi Suriya Milli Dialoq Konfransının açılış nitqi ilə çıxış edən prezident Əhməd Şara, "Silahın bir əldə, yəni dövlətin əlində cəmlənməsi lüks deyil, zərurət və öhdəlikdir" deyib.
Suriyanın yaşadığı ağrı və iztirablara toxunan Şara, ölkənin birlik içində sağalması lazım olduğunu vurğulayaraq, "Suriyanın yaralarının sağalması və təsəlli verilməsi üçün sizləri birləşməyə və birlikdə çalışmağa çağırırıq"-deyə, bildirib.
Suriya xalqının vətəninə olan bağlılığını və məsuliyyətini yerinə yetirmək öhdəliyi olduğunu xatırladan Şara, "Suriya sizə arxalanır. Əminəm ki, onu bir daha məyus etməyəcəksiniz, ona laqeyid yanaşmayacaqsınız və onu qorumaq və qurmaq üçün yatmayacaqsınız"- ifadələrini işlədib.
Xarici işlər naziri Əsəd Həsən Şeybani də “Son illərdə Suriya müstəsna şərtlərlə məhdudlaşmayaraq rejimin yaratdığı sistemli müharibə ilə üzləşdi və azad edildikdən sonra biz təzyiqlərə boyun əymədik və açıqlıq və təsirli diplomatiya üzərində işlədik”-deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 25 Fevral 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















