Icma.az
close
up
RU
Əhməd və Elşən bürünc qazandı

Əhməd və Elşən bürünc qazandı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.

"Football-plus.az" xəbər verir ki, yarışın ilk günündə 5 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Millimiz bu çəki dərəcələrinin 4-də 12 cüdoçu ilə təmsil olunub. İlk gündə yığmamız aktivinə iki bürünc medal yazdırıb.
Böyük Dəbilqə
Kişilər
60 kq

Balabəy Ağayev 1/8 finalda Mendsaihan Nyamsurenlə (Monqolustan) qarşılaşıb. Qələbə qazanan cüdoçumuz ikinci görüşündə ukraynalı Dilşot Xalmatovla münasibətinə aydınlıq gətirib və məğlubiyyətə üzülüb. Ağayev təsəlliverici görüşdə Maksimilian Heyderə (Almaniya) qalib gəldiyindən bürünc medal uğrunda güləşib. Komanda yoldaşını mübarizədən kənarlaşdıran Yorre Verstraeten (Belçika) Balabəydən də güclü olub. Nəticədə cüdoçumuz yarışı 5-ci yerdə bitirib.
Əhməd Yusifov startda Anvarjon İbrahimovu (Özbəkistan) məğlub etsə də, 1/4 finalda Taiki Nakamuraya (Yaponiya) uduzub. Məğlubiyyətə baxmayaraq, cüdoçumuz bürünc medal şansını davam etdirib. Təsəlliverici görüşdə Emiel Yarinqdən (Niderland) üstün olan Yusifov üçüncü yer uğrunda görüşdə Ağayevə qalib gələn ukraynalı Dilşot Xalmatovu sınağa çəkib. Yusifov qələbə sayəsində həm millimizə bürünc medalı qazandırıb, həm də komanda yoldaşının revanşını alıb. Bu, komandamızın "Böyük Dəbilqə"də ilk mükafatı olub.
Murad Muradlı Tergelsar Munxjarqala (Monqolustan) qalib gəlsə də, ardınca Yorre Verstraetenə (Belçika) uduzub.
66 kq
Elşən Əsədov yarışa Zamoxşari Bekmurodov (Özbəkistan) üzərində qələbə ilə başlayıb. O, ardınca Straniya Bunçiçi (Serbiya) və David Qarsiyanı (İspaniya) məğlub edərək yarınfinala yüksəlib. Əsədov uğurlu seriyanı davam etdirə bilməyib. Təmsilçimiz finala gedən yolda Takeşi Takeokaya (Yaponiya) uduzub. O, bürünc medal uğrunda Azizbek Ortikovla (Özbəkistan) güləşib. Qələbə qazanan cüdoçuuz bürüncə sahib olub.
Ruslan Paşayevin ilk görüşdə Azizbek Ortikova (Özbəkistan) məğlub olub. Yaşar Nəcəfov 1/8 finalda İvan Çernıxla (IJF) bacarmayıb.
Rəşad Yelkiyev startda Cüzeppe De Tulionu (İtaliya) mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda Rüfət Ələsgərovla (İJF) gücünü yoxlayıb və rəqib güclü olub.
Qadınlar
48 kq

Leyla Əliyeva ilk görüşündə Culia Qiqlione (İtaliya) ilə bacarmayıb.
Könül Əliyeva Andrea Stoyadinova (Serbiya) uduzub. Şəfəq Həmidova 1/16 finalda Jaklin Şpringerə (Avstriya) məğlub olub.
57 kq
Fidan Əlizadə "Böyük Dəbilqə"yə Yevgeniya Qayiç (Sloveniya) üzərində qələbə ilə başlayıb. O, 1/4 finalda Marisa Perişiçə (Serbiya), təsəlliverici görüşdə isə Seija Ballhausa (Almaniya) uduzub.
Fidan Qasımova startda Veronika Tonioloya (İtaliya) məğlub olub.
Qeyd edək ki, yarışda 36 ölkədən 258 cüdoçu mübarizə aparır. Azərbaycan “Böyük Dəbilqə”yə 32 idmançı ilə qatılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Fevral 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri