Icma.az
close
up
RU
Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb KONKRET

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası tərəfindən innovativ inşaat metodologiyası nominasiyası üzrə qalib elan edilib.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) layihələr üzrə mühəndisi Əyyub Hüseynov bildirib.

İşğaldan azad edilən ərazilərdə müasir yol infrastrukturu qurulur

Qeyd edilib ki, işğaldan azad edilən ərazilərdə yol infrastrukturu yüksək keyfiyyətlə və müasir tələblərə cavab verən səviyyədə inşa edilir. Yol inşası zamanı yolboyu dəmir – beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb.

Yeni avtomobil yolu “Zəfər yolu”na alternativdir

Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu da bunlardan biridir: “Yeni istifadəyə verilən yol, “Zəfər yolu”-na alternativ yoldur. Yeni yol həmdə zəfər yoluna nisbətən qısa yoldur. Belə ki, zəfər yolunun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. İnşaat işləri zamanı yolboyu dəmir – beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb.

Yeni yol bölgənin əsas şəhərlərini birləşdirir

Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul – Horadiz – Ağbənd – Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.”

Qeyd edək ki, bu yol Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunub. Layihənin icrası daxili yol şəbəkəsinin şaxələndirilməsi, bölgə ilə respublikanın digər rayonlarının nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Yeni yol, eyni zamanda, bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa da böyük töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 İyul 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see130

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see128

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see119

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see119

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see119

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see119

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see117

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

Üç qardaş Xankəndidə xatirə şəkli çəkdirdi VİDEO

04 İyul 2025 21:28see116

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

04 İyul 2025 23:35see116

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see114

Qonşu ölkəyə qovurucu istilərlə bağlı XƏBƏRDARLIQ edildi Temperatur 44 dərəcəyə çatacaq

05 İyul 2025 15:18see112

Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu

05 İyul 2025 15:16see112

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see111

Avro qalxır, bu, Azərbaycan bazarına necə təsir edir? Açıqlama + VİDEO

05 İyul 2025 10:04see111

Şahbaz Şərif Azərbaycanı tərk etdi

04 İyul 2025 21:30see110

İki qulaq, bir ağız...

04 İyul 2025 23:02see110

Pezeşkian Azərbaycanla bağlı görün nələr DANIŞDI: “Mənə dedilər ki…” KONKRET

05 İyul 2025 10:34see110

Samir Bağırova görə öldürülən rəqqasənin bacısı illər sonra danışdı

05 İyul 2025 14:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri