Icma.az
close
up
RU
Ehtiyac olsa da, amma pul xərcləmir Adil Qeybulla ilginc səbəbləri açıqladı

Ehtiyac olsa da, amma pul xərcləmir Adil Qeybulla ilginc səbəbləri açıqladı

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ildə Azərbaycanda müxtəlif xəstəliklərlə mübarizə üzrə dövlət proqramları üçün nəzərdə tutulan vəsaitlərin bir hissəsi icra olunmayaraq 22,4 milyon manat fərq yaranıb.

Bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

2025-ci ildə səhiyyə sahəsində müxtəlif xəstəliklərlə mübarizə və əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən dövlət proqramları üzrə ümumilikdə 149 milyon 765 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

İl ərzində bu istiqamətlər üzrə faktiki icra 127 milyon 351 min 700 manat təşkil etmiş, nəticədə 22 milyon 413 min 300 manat məbləğində fərq yaradıb.

Ən böyük vəsait şəkərli diabet xəstəliyi üzrə tədbirlərə yönəldirilib. Bu istiqamət üzrə 65 milyon 890 min 200 manat vəsait nəzərdə tutulsa da, faktiki icra 58 milyon 659 min 500 manat olunub və 7 milyon 230 min 700 manat fərq qeydə alınıb.

İkinci böyük xərc istiqaməti xroniki böyrək çatışmazlığı ilə mübarizə tədbirləri olub. Bu məqsədlə 45 milyon 973 min 500 manat proqnozlaşdırılmış, faktiki icra isə 38 milyon 11 min 600 manat təşkil edib. Beləliklə, bu sahədə 7 milyon 961 min 900 manat fərq yaranıb.

Vərəmlə mübarizə tədbirləri üzrə 2 milyon 433 min 300 manat vəsait nəzərdə tutulsa da, icra 496 min 200 manat olunub və 1 milyon 937 min 100 manat fərq meydana gəlib.

Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirləri üçün ayrılması planlaşdırılan 7 milyon 493 min manat vəsaitin 7 milyon  330 min 100 manatı icra edilib, fərq isə 162 min 900 manat olub.

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması və uşaqların icbari dispanserizasiyası ilə bağlı tədbirlər üçün 5 milyon manat nəzərdə tutulub, faktiki icra 1 milyon 218 min 400 manat olub. Bu istiqamətdə 3 milyon 781 min 600 manat fərq qeydə alınıb.

Hemofiliya xəstəliyi (irsi qan xəstəliyi) üzrə mübarizə tədbirləri üçün ayrılan 16 milyon 340 min manatın 15 milyon 582 min 600 manatı icra edilib və 757 min 400 manat fərq yaranıb.

İxtioz və bulliyoz epidermoliz xəstəliyi (irsi dəri xəstəliyi) üzrə mübarizə tədbirləri üçün nəzərdə tutulan 6 milyon manatın 5 milyon 423 min 100 manatı xərclənib, 576 min 900 manat fərq qeydə alınıb.

Uşaqlarda kistoz fibroz genetik xəstəliyi (ağciyərləri və həzm sistemini zədələyən irsi genetik xəstəlikdir) ilə mübarizə tədbirləri üçün isə 635 min manat proqnozlaşdırılmış, faktiki icra 630 min 200 manat olmuş və cəmi 4 800 manat fərq yaranıb.

Ayrılan vəsaitin xərclənməməsi proqramların düzgün planlaşdırılmadığını göstərir, yoxsa icra mexanizmlərində problemlər var?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, icbari tibbi sığorta sisteminə keçiddə dövlət proqramları ilə paralel işləmə uyğunsuzluqlara səbəb olur:

“Əgər ölkədə icbari tibbi sığorta sisteminə keçmişiksə, artıq dövlət proqramları ləğv olunmalı və bütün tibbi xidmətlər icbari sığorta çərçivəsində aparılmalıdır. Hazırda isə həm dövlət proqramları, həm də icbari tibbi sığorta sistemi paralel işləyir ki, bu da uyğunsuzluqlara gətirib çıxarır.

İcbari tibbi sığortanın maliyyə hesablamaları dəqiq aparılmalıdır. Təəssüf ki, bu məsələ həmişə arxa planda qalıb və nəticədə müxtəlif problemlər yaranır. Məsələn, həkimlərin maaşı və icbari tibbi sığorta paketinə daxil olan xidmətlərin xərcləri dəqiq müəyyənləşdirilmir”.

O qeyd edib, xərclərin sistemli hesablanması əsas şərtlərdəndir:

“Ehtimal olunan xəstəliklərə görə diaqnostika və müalicəyə sərf olunacaq vəsait həmin icbari tibbi sığortada nəzərə alınmaq şərti ilə bölünməli və hesablanmalıdır. Burada bəzi xərclər isə müştərək maliyyələşdirilməli, yəni vətəndaşla dövlət arasında bölünməlidir.

Bunlar olmadığı üçün əlbəttə ki, belə uyğunsuzluqlar üzləşirik. Bu məsələni geniş araşdırsaq, xeyli problemlər var və bunun nəticəsi biz düşünmədiyimiz problemlərə də gətirib çıxara bilər”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: xəstəlik Adil Qeybulla

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Mart 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri