Icma.az
close
up
RU
Ehtiyac yaranacağı təqdirdə...

Ehtiyac yaranacağı təqdirdə...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Trampın Qəzza planı

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a rəsmi səfər edib - Ağ Evdə onunla prezident Donald Tramp arasında ikitərəfli görüş baş tutub. İsrail mediasının məlumatına görə, görüş zamanı Tramp və Netanyahu bir sıra məsələləri - Qəzzadakı vəziyyət və regiondakı proseslər, o cümlədən ikitərəfli münasibətlərin inkişafı istiqamətində atılacaq addımları müzakirə ediblər. Görüşdən sonra Tramp və Netanyahu birgə mətbuat konfransı keçiriblər. Tramp öz açıqlamasında İsrailin ABŞ-ın ən önəmli müttəfiq olduğunu və Vaşinqtonun hər zaman İsrailin yanında olacağını bir daha diqqətə çatdırıb.  Netanyahu da öz növbəsində Donald Trampın İsrailin  ən böyük dostu və İsrailin ABŞ-la istənilən təhlükəyə qarşı birgə mübarizə aparcağını bəyan edib.

Qəzza boşaldılsın...

Sözsüz ki, Tramp mətbuat konfrasındakı çıxışında Qəzza məsələsinə toxunmaya bilməzdi -  bu bölgənin daim Vaşinqtonun diqqət mərkəzində olacağını vurğulayan Ağ Evin yeni rəhbəri bəyan edib ki, ehtiyac yaranacağı təqdirdə ABŞ öz qoşunlarını Qəzza zolağına göndərəcək. Bununla yanaşı, Tramp Yaxın Şərq siyasətində Səudiyyə Ərəbistanının xüsusi əhəmiyyət daşıdığını və yaxın zamanda regiona səfər etmək niyyətində olduğunu qeyd edib.

“ABŞ-ın Yaxın Şərq siyasətinə Səudiyyə Ərəbistanı dəstək olacaq. Onlar da sülh istəyir. Mən İsrail, Qəzza zolağı və Səudiyyə Ərəbistanına səfər etmək niyyətindəyəm,” - deyə D.Tramp bildirib. 

Qəzza zolağının hərbisizləşdirilməsinə münasibət bildirən Tramp bəyan edib ki, o, Qəzzanın tam boşaldılmasının və yerli əhalinin qonşu ölkələrə köçürülməsinin tərəfdarıdır.

“Hamısını, yəqin ki, 1,7 milyon insandan danışırıq. Düşünürəm ki, onlar gözəl həyat yaşaya biləcəklər və hər gün ölməkdən narahat olmadıqları ərazilərə köçürüləcəklər. Bu, İordaniya ola bilər, Misir ola bilər, digər ölkələr də ola bilər və siz dörd və ya beş, deyək ki, zonalar qura bilərsiniz. Bu, bir ərazi olmaq məcburiyyətində deyil. Qəzza onların sağ qalmayacağının zəmanətidir.”

Tramp Qəzza ilə bağlı digər planlarını da açıqlayıb və bu istiqamətdə nailiyyət əldə etmək üçün istənilən addımı atmağa hazır olduğunu deyib: “ABŞ Qəzza zolağına nəzarəti ələ keçirəcək və biz orada işləri görəcəyik, bütün partlamamış bombaların və digər silahların çıxarılmasına cavabdeh olacağıq, ərazini hamarlayacağıq, dağılmış binalardan xilas olacağıq.”

Trampın təklifinə ciddi reaksiya

Trampın Qəzza ilə bağlı bəyanatlarına reaksiya gecikməyib - HƏMAS-ın sözçüsü Hazem Qassım ABŞ prezidentinin bəyanatının irqçiliyi əks etdirdiyini, mənəvi və humanitar dəyərlərə zidd olduğunu bildirib. Fələstinin “İslami Cihad” təşkilatı isə öz bəyanatında Trampın fikirlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki,  Donald Tramp bundan əvvəl də yerli əhalinin Qəzzadan çıxarılması ilə bağlı fikirlər səsləndirib - bu, Türkiyə və Ərəb ölkələri tərəfindən çox ciddi tənqidlə qarşılanmışdı. Misir Prezidenti Əbdülfəttah Əs-Sisi və İordaniya kralı Abdullah ibn Al Hüseyn Trampın bu təklifini rədd edib və bu təkliflə heç bir zaman razı olmayacaqlarını və buna imkan verməyəcəklərini bəyan ediblər. Hər iki lider vurğulayıb ki,  Qəzza daim Fələstinin nəzarətində qalmalıdır və münaqişə iki dövlətli həll planına uyğun nizamlanmalıdır. 

Eyni zamanda bir neçə gün bundan öncə Qahirədə bu məsələ ilə bağlı toplantı keçirilib - Misir və İordaniya ilə yanaşı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Fələstin Muxtariyyəti və Ərəb Liqasının rəsmiləri bir araya gələrək birgə bəyanat qəbul ediblər. Bəyanatda qeyd olunur ki,  Qəzza və İordan çayının qərb sahilindəki ərazilərdə məskunlaşan əhalinin öz ərazilərindən zorla çıxarılması ilə bağlı irəli sürülən təkliflər beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir, regionun sabitliyini təhdid edir, münaqişəni alovlandırır və xalqlararası sülh və birgəyaşayış perspektivlərinə mane olacaq. 

Ərəb ölkələrinin rəsmiləri, həmçinin bəyanatda İsrail-Fələstin bölgəsində iki dövlətli həll planı əsasında  ədalətli və hərtərəfli sülhə nail olmaq üçün Tramp administrasiyası ilə birgə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıblar, eləcə də beynəlxalq ictimaiyyəti fələstinlilərin öz torpaqlarında qalmasını təmin etmək üçün Qəzzanın hərtərəfli yenidənqurulmasına dəstək göstərməyə çağırıblar.

Trampın təklifinə Türkiyənin də münasibət bildirilib -  fevralın 2-də Türkiyənin XİN rəhbəri Hakan Fidan Qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə birgə mətbuat konfransında bütün region ölkələrini Trampın bu siyasətinə qarşı çıxmağa çağırıb.

Regiondakı reallıq...

ABŞ Yaxın Şərqdə öz geostrateji, geosiyasi və geoiqtisadi mövqeyini qoruyub saxlaya bilib, regionda müttəfiqləri var və regiondakı  proseslərdə iştirak edir, amma etiraf etmək lazımdır ki, bölgədə artıq başqa güc mərkəzləri də meydana çıxıb - Ağ Evin yeni rəhbəri istər Qəzza, istər Suriya, istərsə də Yaxın Şərqlə bağlı digər məsələlərdə yerli aktorların  mövqeyini və maraqlarını nəzərə almalıdır.  Yəni, yaxın gələcəkdə Tramp administrasiyası Yaxın Şərqdə addımlarını atarkən güc mərkəzləri ilə birlikdə regionda proseslərin nizamlanmasına, xüsusilə münaqişələrin həllinə və təhlükəsizlik arxitekturasının formallaşmasına öz töhfəsini verə bilər.

Ümid etmək olar ki, Tramp bunu çox yaxşı başa düşəcək və elə bu istiqamətdə siyasətini yürütməyə çalışacaq.  Yalnız qarşılıqlı maraqların nəzərə alınması və birgə təmasların qurulması regionda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına yol açıla bilər. Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Qətər və İsrail bu məsələdə ABŞ-la əməkdaşlıq etməyə hazırdır.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Fevral 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri