Icma.az
close
up
RU
Ehtiyat hissələrinin qiyməti dəfələrlə artıb Avtomobil ustası

Ehtiyat hissələrinin qiyməti dəfələrlə artıb Avtomobil ustası

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Son dövrlərdə avtomobil ehtiyat hissələrinin qiymətində ciddi artım müşahidə olunur. Bunun bir neçə əsas səbəbi var. Əvvəla, əksər hissələr xaricdən gətirildiyi üçün valyutanın dəyişməsi birbaşa qiymətlərə təsir edir. Dollar və avro bahalaşdıqca, ehtiyat hissələri də avtomatik olaraq bahalaşır. Digər tərəfdən, idxal olunan mallara tətbiq edilən gömrük rüsumları və vergilər də bazarda qiymətlərin qalxmasına səbəb olur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında avtomobil ustası Səməd Babayev avtomobil ehtiyat hissələrinin qiymətindən danışarkən bildirdi.

Onun sözlərinə görə, logistika xərclərinin artması da qiymətlərə təsirsiz ötüşmür:

"Daşıma nə qədər bahalaşırsa, məhsul da o qədər baha başa gəlir. Bundan başqa, orijinal və qeyri-orijinal hissələr arasında da fərq açıq şəkildə görünür. Orijinal detallar həm baha, həm də tapılması çətin olduğundan onların qiyməti daha sürətlə artır. Analoq (qeyri-orijinal) detallar isə əvvəlcə nisbətən ucuz olsa da, onların da qiymətində davamlı artım müşahidə edilir. Bazarın tələbi də qiymətləri formalaşdıran amillərdən biridir".

Müsahibimiz qeyd etdi ki, sürücülərin avtomobillərini təmir etdirmək məcburiyyəti artdıqca, hissələrə olan tələb də yüksəlir. Dediyinə görə, təmirxanalar hissələri baha qiymətə aldığı üçün bu xərclər birbaşa müştəriyə təsir edir. 

"Praktiki nümunə olaraq, əvvəllər sadə bir brems kolodkasını 30-40 manata dəyişmək mümkün idisə, indi həmin detalın qiyməti 70-80 manata qədər qalxıb. Daha mürəkkəb və bahalı hissələr turbin, katalizator və ya avtomatik sürətlər qutusu detallarının qiyməti isə dəfələrlə artıb. Nəticə etibarilə, bu gün maşın saxlamaq və təmir etdirmək əvvəlkindən qat-qat baha başa gəlir", - deyə Səməd Babayev vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Sentyabr 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri