Icma.az
close
up
RU
Ehtiyatda olan polkovnikleytenant həbs olunub

Ehtiyatda olan polkovnikleytenant həbs olunub


Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil İbrahimov həbs olunub.
Reyting.az
xəbər verir ki, bunu Azərbaycan hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.
Onun sözlərinə görə, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant İbrahimov Ramil Şamil oğluna Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə ittiham elan edilib, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - F. Əliyev bildirib.

Ana səhifəyə dön


seeBaxış sayı:65
embedMənbə:https://reyting.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri