EHTİYATLI OLUN! Bu bankın kartlarından kütləvi şəkildə pul çıxılır
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu bankın müştəriləri sosial şəbəkələrdə yazıblar.
“Az əvvəl yanacaq doldurma məntəqəsindən yanacaq aldım. Tam bitmək üzrə idi. Nağd vəsaitim də yox idi. Yanacaq aldıqdan sonra ərzaq dükanına girdim. 3.50 AZN-lik alış zamanı kassir kartda vəsait olmadığını dedi. Hansı ki, 70 AZN-ə yaxın balansım qalmışdı. Azərbaycan Beynəlxalq Bankın terminalına yaxınlaşdım. Balans təmamilə cızılmış, -84.36 AZN də borc yaranmışdı. Getdim ABB-nin filialına məlum oldu ki, texniki problem yaranıb və kütləvi olaraq insanların vəsaitləri silinib”, - bank müştərilərindən biri qeyd edib.
Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankının Mətbuat xidmətindən Ölkə.az-a bildirilib ki, bank sistemində qısa müddətli texniki problem yaranıb:
“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq”.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 24 İyun 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















