Icma.az
close
up
RU
Ekoloji hüquqpozmalarla bağlı təqdimat aidiyyəti vəzifəli şəxslərin iştirakı ilə müzakirə olunub

Ekoloji hüquqpozmalarla bağlı təqdimat aidiyyəti vəzifəli şəxslərin iştirakı ilə müzakirə olunub

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Dekabrın 6-da İmişli Rayon İcra Hakimiyyətində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ekoloji hüquqpozmalarla bağlı qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə verilmiş təqdimatın geniş tərkibdə müzakirəsi keçirilib.

Müzakirələrdə rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli rayon prokuroru Valeh Səmədov, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Kamran Ağayev, regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları, yerli icra hakimiyyəti qurumlarının və bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Valeh Səmədov çıxış edərək ekoloji hüquqpozmalar sahəsində qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb, bu sahədə pozuntuların aradan qaldırılması məqsədilə tədbirlər görülməsinin, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasının zəruriliyini vurğulayıb.

Kamran Ağayev isə Baş Prokurorluqda aparılmış genişmiqyaslı islahatlar, eləcə də ekoloji hüquqpozmalar sahəsində görülən tədbirlər, ECOLEAD layihəsi barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra təqdimatda qoyulan məsələlərlə bağlı konkret təkliflər irəli sürülüb, yaşıllıqların uçot, kadastr və monitorinqinin vaxtında aparılaraq məlumatların təqdim edilməsi, hüquqpozmaların qarşısının alınması məqsədilə vaxtında tədbirlər görülməsinin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir zamanı iştirakçıların ekoloji hüquqpozmalarla bağlı sualları cavablandırılıb, müzakirə sual-cavab və fikir mübadiləsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2024 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see255

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see237

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see143

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see124

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see121

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see120

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see119

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see119

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see118

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see117

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see117

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see115

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see115

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see113

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see113

Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi

07 Avqust 2025 06:02see113

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see112

Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub

07 Avqust 2025 06:29see112

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see112

UEFA Konfrans Liqası: Azərbaycan təmsilçiləri III təsnifat mərhələsinin oyunlarına çıxırlar

07 Avqust 2025 08:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri