Icma.az
close
up
RU
“Ekoloji tarazlıq pozulub, aqoniya vəziyyətinə düşüb” Komitə sədri beynəlxalq konfransda çağırış etdi (FOTOLAR)

“Ekoloji tarazlıq pozulub, aqoniya vəziyyətinə düşüb” Komitə sədri beynəlxalq konfransda çağırış etdi (FOTOLAR)

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün ADA Universitetində "İnnovativ Yollarla Yaşıl Gələcəyə doğru: Bərpa olunan Enerji və Emissiyaların azaldılması: Ümumi Əməkdaşlıq nöqtələrinin müəyyənləşdirilməsi" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

“AzPolitika” bildirir ki, konfransında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edib. Millət vəkili bildirib ki, dünyamız çox dəyişib və bizi də onunla bərabər dəyişməyə məcbur edir. Hazırda “yaşıl gələcək” mövzusu bütün dünyada aktuallıq daşıyan çağırışlardan biridir. “Səbəb də odur ki, son iki əsrdə ətraf mühit amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahəngi tamamilə pozulub və çox ciddi ekoloji disbalans yaranıb: Müharibələr, etnik münaqişələr, terrorizm, kosmik tədqiqatlar, sənaye və nəqliyyat tullantıları və.s ekoloji tarazlığın ritmini tamamilə öz məhvərindən çıxarıb, onu kollaps və aqoniya vəziyyətinə salıb”.

S.Qurbanov vurğulayıb ki, bəşəriyyəti narahat edən ən qlobal problemlər siyahısında birinci iqlim dəyişmələridir: “İqlim dəyişmələri üzrə ekspertlərin məlumatına görə, son 100 ildə antrapogen amillərin təsiri ilə Yer kürəsində orta temperatur 0.8 dərəcə artıb. Artmaya səbəb isə istilik effekti yaradan qazlardır. İstilik effektləri isə istehlak cəmiyyətlərində iqtisadiyyatin inkişafına ekologiya nəzərə alınmadan nail olunmasıdır. Ona görə də yeni çağırışlarla iqtisadiyyatın modernləşdirilməsi, yaşıl iqtisadiyyatın inkişafının zəruriliyini qəbul edərək, “yaşıl” iqtisadiyyat prinsipləri əsasında davamlı inkişafın təmin edilməsi, ekologiyanın bu gün iqtisadiyyat olduğunu əsas götürərək istehsal və istehlakın “ekolojiləşdirilməsinin” zəruriliyini önə çıxarır. Bu da öz növbəsində maraqlı tərəflərin qarşılıqlı əlaqələrini və qərar qəbuletmə mexanizmlərini ekoloji imperativlərə uyğunlaşdırmağı tələb edir”.

Komitə sədri bildirib ki, hər bir ölkənin yaşıl iqtisadiyyata, o cümlədən yaşıl enerjiyə keçidi təkcə enerji və ekoloji təhlükəsizlik baxımdan deyil, eləcə də siyasi və strateji cəhətdən böyük əhəmiyyət daşıyır: “Prezident, cənab İlham Əliyevin uzaqgörən strategiyası və müdrik rəhbərliyi ilə bu sahədə görülən işlər ölkənin enerji resurslarının şaxələndirilməsi ilə yanaşı, nəinki ölkədə, eləcə də regionda enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, yerli və xarici sərmayələrin səfərbər edilməsi ilə qeyri-neft sektorunun inkişafına, bütün bu sahələrdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ölkəmizin beynəlxalq imicinin, strateji mövqeyinin möhkəmləndirilməsinə hesablanmışdır”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan həm enerji təminatçısı, həm də Mərkəzi Asiyanı Avropaya bağlayan körpü olmaq potensialına malikdir və bu potensialı reallaşdırmaq üçün son illərdə etibarlı tərəfdaş kimi öz mövqeyini qoruyub saxlamaqla, eyni zamanda bu istiqamətdə öz coğrafiyasını xeyli genişləndirib. Onun sözlərinə görə, bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır, onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür: “Cənab Prezident İlham Əliyevin söylədiyi kimi: “Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.

Qeyd etməyi vacib bilirəm ki, ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafını, enerji səmərəliliyini və ekoloji dayanıqlılığı təşviq edən genişmiqyaslı strateji xarakterli normativ sənədlər qəbul edilmişdir. Belə ki, “Azərbaycan: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, habelə “İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonalarının yaradılması üzrə Tədbirlər Planı”, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı və Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” bu sahədə mütərəqqi məqsəd və hədəfləri müəyyənləşdirmişdir”.

S.Qurbanovun sözlərinə görə, hazırda Azərbaycanın neft-qazdan sonra bərpaolunan enerjinin təchizatçısına çevrilməsi, bu enerjinin də Avropaya nəql edilməsi üçün nəhəng "yaşıl enerji" dəhlizi yaratmaq istiqamətində mühüm addımlar atılıb. “Azad edilmiş ərazilərin "yaşıl enerji zonası" kimi inkişafı, sənaye miqyaslı "yaşıl enerji" layihələrinin beynəlxalq enerji şirkətləri ilə reallaşması üçün həyata keçirilən tədbirlər bunun sübutudur”, - o əlavə edib.

"Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdən olduğunu xatırladan millət vəkili bildirib ki, araşdırmalara görə, Azərbaycanda bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, Xəzər dənizinin ərazi suları daxilində dənizdə isə 157 QVt təşkil edir: “Azərbaycanda quruda bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt olaraq qiymətləndirilir. “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuş 2024-cü ildə Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə yanaşı ölkənin yaşıl enerjiyə keçidi, eləcə də bərpaolunan enerjinin inkişafı, habelə yaşıl hidrogenin istehsalı və istifadəsi, ixrac imkanlarının inkişafı istiqamətində mühüm addımlar atılıb. Qeyd edim ki, bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarla imzalanmış müqavilələr üzrə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi istehsal ediləcək”.

Komitə sədri vurğulayıb ki, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilən Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir və Xəzər dənizi regionunu Avropa bazarlarına bağlayır: “Cənub Qaz Dəhlizi yalnız infrastruktur layihəsi deyil, həm də qlobal enerji bazarında balans yaradan və uzunmüddətli perspektivdə strateji önəm daşıyan uğur modelidir. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində də iddialı planlar quraraq, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Ümumilikdə desək, Azərbaycanın qətiyyətli siyasəti və uğurlu enerji strategiyası nəticəsində bütün layihələr tam gücü ilə işləyir, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Hal- hazırda, Azərbaycan, Qazaxıstan və Özbəkistan regional enerji əməkdaşlığının yeni modelini yaratmaq üçün səylərini birləşdirir, əlaqələri təkcə ənənəvi deyil, həm də “yaşıl enerji” sahəsində genişləndirir. Bununla bağlı COP 29 çərçivəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalanıb.

Beləliklə, Avropa Birliyi və digər regionların yaşıl enerji təchizatızatı və enerji təhlükəsizliyinə önəmli töhfə verən və bununla da qlobal ekoloji təhlükəsizliyi gücləndirən yaşıl enerji dəhlizləri layihələri Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” bütövlükdə Avrasiya materikinin yaşıl enerjiyə keçidində əhəmiyyətli rol oynayacaq”.

Deputat xatırladıb ki, cari ilin 4 aprel tarixində Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhliz layihəsi üzrə tərəflər arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Onun sözlərinə görə, bu dörd layihəni birləşdirən vahid platformada Azərbaycan Respublikasının rolu və liderliyi danılmazdır. Belə ki, Avropaya “yaşıl enerji”ni müxtəlif marşrutlarla, yəni Xəzər və Mərkəzi Asiya regionları kimi etibarlı enerji mənbələrindən gətirməklə Azərbaycan strateji missiyanı yerinə yetirir.

Komitə çıxışının sonunda bildirib ki, beynəlxalq elmi konfran Azərbaycanda və dünyada ekoloji tarazlığın qorunmasında iştirak edən bütün təşkilat və qurumların səylərini bir "platformada" birləşdirməklə “Yaşıl iqtisadiyyat, energetika, “yaşıl investisiyalar”, “yaşıl texnologiyalar”, “yaşıl maliyyə və bankçılıq” və. s sahələrdə əməkdaşlığın ümumi nöqtələrinin müəyyən edilməsi istiqamətində 2025-ci il üçün əsas akademik hadisələrdən biri olacaq.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Aprel 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri