Icma.az
close
up
RU
Füzulinin azad olunması ilə cənub cəbhəsində qələbələrə yol açıldı

Füzulinin azad olunması ilə cənub cəbhəsində qələbələrə yol açıldı

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

2020-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi bu məlumat hər birimizdə böyük ruh yüksəkliyi yaratdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Qürur hissi ilə deyə bilərik ki, bu tarix hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Ümumiyyətlə, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Döyüşdə düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk edib. Füzuli əməliyyatının nəticəsində Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünya hərb tarixində əlamətdar bir yenilikdir ki, təfərrüatları bu gün də bir çox ölkələrin diqqətini cəlb etməkdədir.

Füzuli uğrunda aparılmış döyüşlər 44 günlük Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Müzəffər Ordumuzun şücaəti sayəsində tarixi, qədim yaşayış məskənimiz azad olundu. Artıq şəhərin erməni işğalçılarından təmizlənməsindən 5 il ötür. İllər keçsə də, böyük peşəkarlıq və hərbi istedad tələb edən bu döyüşlər qədirbilən xalqımızın yaddaşından silinməyəcəkdir.

Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü kimi cənab Prezident İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis edilmiş və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə igidlik və şücaət göstərmiş 25167 hərbi qulluqçumuz bu medalla təltif olunmuşdur.

Tarixi Zəfərdən cəmi bir neçə gün sonra, 2020-ci il noyabr ayının 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəldilər. Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Bəli, bu gün Ümummilli Lider siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın Dövlət Bayrağı Füzuli şəhərində yüksəklərdə dalğalanır.

Təəssüflə qeyd etməliyik ki, otuz ilə yaxın işğal müddətində digər yaşayış məntəqələrimizlə yanaşı, Füzuli də vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, yaşıllıqlar məhvə məruz qalmışdır. Buna baxmayaraq, Füzuli sürətlə bərpa olunur, burada geniş tikinti-quruculuq işləri davam etdirilir. Sürətli quruculuq işlərinin sayəsində 2022-ci ilin iyul ayından etibarən keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşurlar. Şəhərdə müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa edilir, təhsil, səhiyyə, mədəniyyət və istehsalat müəssisələri yaradılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.

Türkan Əhmədova,

ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri