Tsxadadze 3 futbolçunu İmişli yə qarşı oynada bilməyəcək ADLAR
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasının 8-ci turunda "İmişli"nin qonağı olacaq "Qəbələ" Qubaya ciddi itkilərlə yollanacaq.
Fanat.Az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze 3 futbolçunun xidmətindən məhrumdur.
Qanalı müdafiəçi İsaak Amoah ötən tur "Şamaxı" ilə oyununda zədələndiyi üçün "İmişli" ilə matçı kənardan izləyəcək. Vinger Prins Ovusu isə cəzalıdır. "Qarabağ"la 6-cı turun oyununda birbaşa qırmızı alaraq 2 oyunluq cəzalanan qanalı gənc futbolçu ötən turda olduğu kimi, yenə komandasına kömək edə bilməyəcək.
Bundan başqa, mövsümün əvvəlindən zədəli olan yarımmüdafiəçi Salman Ələsgərov bu oyunu da buraxacaq. 24 yaşlı futbolçu zədə səbəbindən bu mövsüm hələ debüt edə bilməyib.
"İmişli" - "Qəbələ" qarşılaşması 18 oktyabrda Qubada baş tutacaq və start fiti 14:30-da səsləndiriləcək.
"Qəbələ" hazırda 4 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















