Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Ekranlardakı parlaq cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər?

Ekranlardakı parlaq cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər?

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Televiziya pultunu əlimizə alıb kanallar arasında gəzişəndə qarşımıza çıxan mənzərə demək olar ki, dəyişməzdir: bahalı avtomobillərdən düşən "ağır abi"lər, hər kəsin bir-birinə silah doğrultduğu mafiya məclisləri və "eşq" adı altında təqdim olunan uyğunsuz, toksik münasibətlər. Biz buna sadəcə "serialdır" deyib keçə bilərikmi? Yoxsa bu görüntülər altşüurumuza yeridilən yeni "normallıq" meyarlarıdır?

Seriallarda mafiya rəhbərləri bizə elə təqdim olunur ki, gənclər artıq alim, mühəndis və ya həkim olmaq deyil, qara kostyum geyinib əlində təsbeh, belində silahla gəzmək xəyalı qururlar. Cinayətkarın "ədalət paylayan" bir qəhrəman kimi göstərilməsi cəmiyyətdə qanunun aliliyini heçə sayan bir nəsil yetişdirir. Zorakılıq estetik bir qaba bükülüb bizə "şərəf və ləyaqət" dərsi kimi sırınır. Amma unuduruq ki, o parlaq ekranların arxasında təbliğ olunan şey əslində qanunsuzluq və xaosdur.

Daha bir yaralı yerimiz isə seriallardakı "böyük eşq"lərdir. Çox vaxt bu hekayələr mənəvi dəyərlərə zidd, ailə daxili uyğunsuz münasibətlər və ya qadına qarşı şiddəti (həm fiziki, həm psixoloji) "ehtiras" kimi təqdim edən ssenarilər üzərində qurulur. Bir tərəfdə qadını aşağılayan, onu bir əşya kimi görən "maço" obrazlar, digər tərəfdə isə bu rəftarı sevgi zənn edib fədakarlıq edən qadın qəhrəmanlar... Bu cür obrazlar gənc qızların beynində yanlış "kişi" və "münasibət" modeli formalaşdırır. Onlar elə bilirlər ki, sevgi acı çəkmək, qısqanclıq adı altında azadlığının məhdudlaşdırılması və toksik bir mühitdə boğulmaqdır.

Serial sənayesi bizim duyğularımızla manipulyasiya edir. Hər bölümü həyəcanla gözlədiyimiz o səhnələr əslində real həyatdakı insani münasibətləri zədələyir. Biz real dünyadakı sadə, səmimi və dinc həyatı "darıxdırıcı" hesab etməyə başlayırıq. Çünki ekran bizə hər saniyəsi adrenalin olan, amma içi boş bir həyat vəd edir.

Əlbəttə, heç kimə nəyi izləyib-izləməyəcəyini diktə edə bilmərik. Amma bizə təqdim olunan hər "məhsulu" kor-koranə qəbul etmək məcburiyyətində də deyilik. Reytinq xatirinə mənəviyyatı, qanunları və ailə institutunu sarsıdan ssenarilərə qarşı ən böyük silahımız izləməmək və tənqid etməkdir.

Unutmayaq ki, bu gün ekranda "estetik" görünən o silahlar sabah küçədə qarşımıza çıxa bilər. Bu gün "romantik" görünən o toksik eşqlər isə sabah dağılmış ailələr və bədbəxt talelər deməkdir. Gəlin ekranın bizi hipnoz etməsinə icazə verməyək.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 Aprel 2026 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri