Icma.az
close
up
RU
“Ekrem İmamoğlu İstanbulu fəth edən yunan” və ya “Ayasofyanın intiqamı” (TƏHLİL)

“Ekrem İmamoğlu İstanbulu fəth edən yunan” və ya “Ayasofyanın intiqamı” (TƏHLİL)

Mia.az saytına istinadən Icma.az xəbər verir.

1974-ci ildə Türkiyə Silahlı Qüvvələrinin adaya müdaxiləsi ilə Kipr ikiyə bölündü. 498 türk əsgəri şəhid oldu. Adada yaşayan 270 türk isə daha öncə qətl edilmişdi. Nəticədə adanın 37 faizi hazırda türklərin nəzarətindədir. Hal-hazırda Kipr türkləri Şimali Kipr Türk Respublikasında yaşayır.

Türkiyə nədən Kiprə ordu yeritdi? Çünki adada çoxluqda olan yunanlar türklərə qarşı soyqırım törədirdi. Soyqırımı törədən yunanların başında kim dururdu? Kipr Ortodoks Kilsəsinin Arxiyepiskopu və Kipr Respublikasının ilk prezidenti III Makarios. 1960-1974-cü illərdə Kipr adasına o rəhbərlik edib. Adadakı türklərin qətliamında da bu adamın xüsusi xidməti var. 

Allah Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidenti Rauf Denktaşa (1983-2005) rəhmət eləsin. 
İstanbul ilinin ilçəsi olan Bəylikdüzündə Kıbrıs Anıt adlı bir abidə ucaldıldı. Kim ucaltdı? Dönəmin Bəylikdüzü Bələdiyyə Başkanı Ekrem İmamoğlu. Həmin abidədə Rauf Denktaşla yanaşı türk qatili III Makarios da yer alır. Abidənin açılışına CHP başqanı Kemal Kılıçdaroğlu da qatılmışdı. 

23 may 2017-ci ildə İstanbul Ülkü Ocakları abidənin qaldırlmasını tələb etdi. Və abidədə yer alan türk qatilinin relyefdəki görüntüsü dağıdıldı. 

Bir gün öncə isə Murat Bardakçı “Habertürk” qəzetində yazdığı məqalədə Makariosun təsviri olan abidəni tənqid etmişdi: “.. Ömrü boyu tək işi Kiprdəki türk varlığını ortadan qaldırmaq olan və bu səbəbdən Seyşel adalarına sürgün edilən, təkcə Türkiyəni deyil, İngiltərəni də hiddətləndirən Makarios indi rahatdır və Beylikdüzündə yanından keçənlərə deyir: “Ah yaaaa, özümü türklərə qəbul etdirdim yaaaa, aha işdə mən buradayam”. 

Özü də CHP-də təkcə Ekrem İmamoğlu belə deyil. Kemal Kılıçdaroğlu da eyni düşüncədədir. Özgür Özel də. Bunlar yunana, erməniyə, PKK-çı kürdlərə qahmar çıxan zehniyyətdir. Bunlar Türkiyənin inkişafına Çin səddi çəkən adamlardır. 

Heç uzağa getməyək. 2023-cü ildə keçirilən seçkidə CHP Türkiyənin texnoloji inkişafına qarşı üsyan qaldırmışdı. Nə deyirdilər? "TOGG kadar gereksiz bir yatırım, olamaz", "TOGG hiçbir zaman kar edemeyecek bir arabadır", "Yapamazlar, yapsalar da satamazlar"...

"Oturdular büyük gösteriler yaptılar, iş adamları bir araya geldi, bakanlar cumhurbaşkanları bir araya geldi, otomobil üretiyoruz dediler.. Nerede? Milleti kandırmak için". Kemal Kılıçdaroğlu da eyni şeyi deyirdi...

Can Ataklının isə fantaziyası son dərəcə genişdir: "Gemlik'teki limana her gün gemilerle Togg geliyor. Araçları kapalı alanda tıra yükleyip anında fabrikaya gönderiyor". Yəni bu avtomobil xaricdə istehsal olunaraq Türkiyəyə gətirilir, AKP iqtidarı isə bu arabanı yerli və milli elan edib...

İHA, SİHA və KIZILELMA ilə bağlı CHP nə deyirdilər? "Uçak uçak diyorlar, uzmanına sordum maket bunlar”. Çağdaş texnologiya ilə silahlanmış Türkiyə Ordusu PKK-nı bitirir, Kemal Kılıçdaroğlu soruşur ki, "Nerede senin İHA'ların SİHA'ların"...

Adam bilmir ki, nerede dediyi İHA, SİHAlar dünyanın 50 ölkəsində səmalarda keşik çəkir...

CHP-yə yerli və milli texnologiya lazım deyil. Bunların istəyi o ki, Türkiyə texnologiyanı ABŞ-dan, Avropadan idxal etsin. Türklərin pulunu yabançılara versin. 

CHP-li Engin Altay CHP zehniyyətin son dərəcə dəqiq ifadə edib: "Bu hükümet dünyanın en doğru işini bile yapsa, bizim bu hükümeti alkışlayacak halimiz yok".

Ekrem İmamoğluna “Yunanoğlu” deyəndə bəzi dostlarımızın xoşuna gəlmir. Ancaq bu adam məhz əməlləri ilə Yunanoğlu olduğunu təsdiqləmiş birisidir. Yunanıstan mediası (“Thema News ”) belə bir başlıq atmışdı: “Ekrem İmamoğlu: İstanbul'u fetheden Yunan”. 

Başqa bir Yunan media orqanı isə Ekrem İmamoğlunun İstanbulu qazanması ilə "Ayasofya'nın intikamı"nın alındığını yazdı. “Keeptalkingreece” “Yunanıstanın şimal-qərbindəki Giannitsa şəhərini ziyarət edən, Pontik rəqsi oynayan və yunanca danışan Əkrəm İmamoğlunun videosunu paylaşaraq, "İstanbulun yeni bələdiyyə başqanı Pontusdur", "...Yunanlar Yunanıstanın Pont ləhcəsində danışan türklərin 1920-22-ci il müharibəsindən sonra İslamı qəbul edən Kripto-Xristianlar olduğuna inanırlar" ifadələrinə yer verdi...

Görürsüzmü, Kıbrıs Anıt abidəsində türk qatili III Makariosun yer alması qətiyyən təsadüf deyil. Bu, məkrli bir planın tərkib hissəsidir.

Türk kimliyini unudaraq Ekrem İmamoğlu kimi türk düşmənlərinə dəstək verənlər isə and-aman edirlər ki, onlar guya demokratiyaya dəstək verirlər. Niyə demokratiyaya dəstək adı altında Yunanoğluna dəstək verilməlidir, məsələn, Mansur Yavaşa yox? Ekrem İmamoğlu Türkiyənin prezidenti olsa, İstanbul dönüb olacaq Konstantinopol. Hansı sadəlövh düşünə bilər ki, Yunanısan mediası “Yeni seçilen Konstantinopolis Belediye Başkanı Ekrem İmamoğlu” manşeti ilə türk xalqı ilə zarafat edib?...

Konstantiopol demişkən, onu da xatırladım. 2022-ci ildə Münhen Təhlükəsizlik Konfransında Ekrem İmamoğlu almaniyalı türkəsilli nazir Cem Özdemirlə görüşüb. Cem Özdemir anti-türk mövqeyində olan birisidir. Almaniya parlamentində qondarma erməni genosidinin layihəsini məhz o, gündəmə gətirib. Onun məşhur bir çıxışı var. Deyir ki, İstanbulun adın dəyişib Konstantinopol qoymalıyıq. Türkiyədə sadəcə yunan yer adlarını yox, erməni və kürd yer adlarını da bərpa etməliyik. Ekrem İmamoğlu məhz Cem Özdemir kimi türk düşmənləri ilə görüşməsi, əlbəttə, təsadüfi məsələ deyil. Çünki Cem Özdemir Türkiyədə vətən xaini kimi tanınan birisidir...

Bəli, CHP-ni Atatürk yaradıb. Ancaq CHP-də Atatürk düşncəsindən əsər-əlamət qalmayıb. Söhbət manqurtlaşmış, dış güclərə bağlı, Türkiyənin tərəqqisinə düşmən bir partiyadan gedir. Quyruqları qapı arasında qalanda Atatürkdən yapışırlar, ancaq Atatürkün vuruşduğu İngilis imperiyasından mədət umurlar, ABŞ-dan yardım istəyirlər. Ekrem İmamoğlu həbsxanadan “The New York Times” qəzetinə məqalə göndərir. Utanmadan, qızarmadan Amerikadan dəstək istəyir. Ağıla bax e. Tayyib Ərdoğanı tərifləyən D.Trampdan kömək umur...

Qeyri-demokratik dediyiniz Türkiyədə Ekrem İmamoğlu hər gün sosial şəbəkələrdə status paylaşır. Qəbuluna gələn onlarla adamla görüşür. Türkiyədə keçirilən mitinqləri media canlı yayımla təqdim edir...

İndi bir anlığa təsəvvür etməyə çalışın ki, AKP və MHP hansısa imperialist ölkədən iqtidara gəlmək üçün dəstək umur. Əlbəttə. belə bir şey ola bilməz. Çünki AKP də, MHP də türk xalqına bağlıdır, CHP isə imperialist ölkələrin əlində oyuncaqdır. Türkiyə dövlətinə və xalqına güvənmir. Bu, son dərəcə təhlükəli siyasi proseslərə yön verə bilər...

Allah bizi özünü türk kimi təqdim edən, mahiyyətdə isə yunanoğlu, ermənioğlu, PKKoğlu... kimi siyasətçilərdən qorusun. Belələrinin əlinə fürsət düşsə, Türkiyəni darmadağın edər. Bunu unutmamalıyıq...

Elbəyi Həsənli. Sürix 

Mia.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://mia.az
archiveBu xəbər 31 Mart 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see222

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see143

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see125

Kurtlar Vadisi Pusu nun 53 yaşlı aktrisası soyundu FOTOLAR

02 İyul 2025 09:09see123

4 əsrin faciəsi...

02 İyul 2025 10:18see119

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see119

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see118

İstifadəçi məlumatlarını qanunsuz toplayan “Google” 314 milyon dollar ödəyəcək

02 İyul 2025 08:44see118

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see117

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see117

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see117

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see117

Peşəkar jurnalistlərin unudulmaz ustadı

02 İyul 2025 10:29see116

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see116

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see116

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see115

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see113

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see112

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see112

Mərkəzi Elmi Kitabxana 2025 ci ilin altı ayı üzrə hesabat verib

02 İyul 2025 18:28see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri