Ekrem İmamoğluna qarşı casusluq istintaqı başladıldı: TELE1 in rəhbəri saxlanıldı
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
İstanbul bələdiyyəsinin həbsdə olan sabiq sədri Ekrem İmamoğlu və daha iki nəfərə qarşı casusluqla bağlı istintaq başladılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, E.İmamoğlu ilə yanaşı Necati Özkan və Merdan Yanardağa qarşı da casusluqla bağlı istintaq başladılıb. "TELE1"in baş redaktoru olan Merdan Yanardağ istintaq çərçivəsində saxlanılıb. Yanardağın evində və rəhbəri olduğu kanalda axtarışlar aparılır.
Prokurorluğun apardığı istintaqda xarici ölkələrə agentlik etdiyi təsbit olunan Hüseyn Günün rəqəmsal materiallarında gizli hərbi məlumatlar, xarici pasport fotoşəkilləri və təşkilatlarla əlaqələri aşkarlanıb.
İstintaq çərçivəsində Ekrem İmamoğlu, Necati Özkan və Merdan Yanardağ barəsində "casusluq" və "mənfəət məqsədi daşıyan cinayət təşkilatı" ittihamları ilə məhkəmə prosesi başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 24 Oktyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















