Icma.az
close
up
RU
Əkrəm İmamoğlunun sirləri: İstanbulu fəth edən yunan” FOTOLAR

Əkrəm İmamoğlunun sirləri: İstanbulu fəth edən yunan” FOTOLAR

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1974-ci ildə Türkiyə Silahlı Qüvvələrinin adaya müdaxiləsi ilə Kipr ikiyə bölündü. 498 türk əsgəri şəhid oldu. Adada yaşayan türk topluluğundan isə 270 nəfər daha öncə qətl edilmişdi…

Nəticədə adanın 37 faizi hazırda türklərin nəzarətindədir. Hal-hazırda Kipr türkləri Şimali Kipr Türk Respublikasında yaşayır.

Türkiyə nədən Kiprə ordu yeritdi? Çünki adada çoxluqda olan yunanlar türklərə qarşı soyqırım törədirdi. Soyqırımı törədən yunanların başında kim dururdu? Kipr Ortodoks Kilsəsinin Arxiyepiskopu və Kipr Respublikasının ilk prezidenti III Makarios. 1960-1974-cü illərdə Kipr adasına o rəhbərlik edib. Adadakı türklərin qətliamında da bu adamın xüsusi “xidməti” var.

Allah Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidenti (1983-2005) Rauf Denktaşa rəhmət eləsin.

İllər sonra İstanbul şəhərinin Bəylikdüzü adlı ucqar rayonunda “Kıbrıs Anıt” adlı bir abidə ucaldıldı. Kim ucaltdı? Dönəmin Bəylikdüzü Bələdiyyə Başkanı Əkrəm İmamoğlu. Həmin abidədə Rauf Denktaşla yanaşı türk qatili III Makarios da yer alır. Abidənin açılışına CHP başqanı Kemal Kılıçdaroğlu da qatılmışdı.

23 may 2017-ci ildə İstanbul Ülkü Ocakları abidənin qaldırlmasını tələb etdi. Və abidədə yer alan türk qatilinin relyefdəki görüntüsü dağıdıldı.

Bir gün öncə isə Murat Bardakçı “Habertürk” qəzetində yazdığı məqalədə Makariosun təsviri olan abidəni tənqid etmişdi: “.. Ömrü boyu tək işi Kiprdəki türk varlığını ortadan qaldırmaq olan və bu səbəbdən Seyşel adalarına sürgün edilən, təkcə Türkiyəni deyil, İngiltərəni də hiddətləndirən Makarios indi rahatdır və Beylikdüzündə yanından keçənlərə deyir: “Ah yaaaa, özümü türklərə qəbul etdirdim yaaaa, aha işdə mən buradayam”.

Özü də CHP-də təkcə Əkrəm İmamoğlu belə deyil. Kemal Kılıçdaroğlu da eyni düşüncədədir. Özgür Özel də. Bunlar yunana, erməniyə, PKK-çı kürdlərə qahmar çıxan zehniyyətdir. Bunlar Türkiyənin inkişafına Çin səddi çəkən adamlardır.

Heç uzağa getməyək. 2023-cü ildə keçirilən seçkidə CHP Türkiyənin texnoloji inkişafına qarşı üsyan qaldırmışdı. Nə deyirdilər? “TOGG kadar gereksiz bir yatırım, olamaz”, “TOGG hiçbir zaman kar edemeyecek bir arabadır”, “Yapamazlar, yapsalar da satamazlar”…

“Oturdular büyük gösteriler yaptılar, iş adamları bir araya geldi, bakanlar cumhurbaşkanları bir araya geldi, otomobil üretiyoruz dediler.. Nerede? Milleti kandırmak için”. Kemal Kılıçdaroğlu da eyni şeyi deyirdi…

Can Ataklının isə fantaziyası son dərəcə genişdir: “Gemlik’teki limana her gün gemilerle “Togg” geliyor. Araçları kapalı alanda tıra yükleyip anında fabrikaya gönderiyor”. Yəni bu avtomobil xaricdə istehsal olunaraq Türkiyəyə gətirilir, AKP iqtidarı isə bu arabanı yerli və milli elan edib…

İHA, SİHA və KIZILELMA ilə bağlı CHP nə deyirdi? “Uçak uçak diyorlar, uzmanına sordum maket bunlar”. Çağdaş texnologiya ilə silahlanmış Türkiyə Ordusu PKK-nı bitirir, Kemal Kılıçdaroğlu soruşur ki, “Nerede senin İHA’ların SİHA’ların”…

Adam bilmir ki, nerede dediyi İHA, SİHA-lar dünyanın 50 ölkəsində səmalarda keşik çəkir…

CHP-yə yerli və milli texnologiya lazım deyil. Bunların istəyi o idi ki, Türkiyə texnologiyanı ABŞ-dan, Avropadan idxal etsin. Türklərin pulunu yabançılara versin.

CHP-li Engin Altay CHP zehniyyətin son dərəcə dəqiq ifadə edib: “Bu hükümet dünyanın en doğru işini bile yapsa, bizim bu hükümeti alkışlayacak halimiz yok”.

Əkrəm İmamoğluna “Yunanoğlu” deyəndə bəzi dostlarımızın xoşuna gəlmir. Ancaq bu adam məhz əməlləri ilə Yunanoğlu olduğunu təsdiqləmiş birisidir. Yunanıstan mediası (“Thema News ”) belə bir başlıq atmışdı: “Əkrəm İmamoğlu: İstanbul’u fetheden yunan”.

Başqa bir yunan media orqanı isə Əkrəm İmamoğlunun İstanbulu qazanması ilə “Ayasofya’nın intikamı”nın alındığını yazdı. “Keeptalkingreece” “Yunanıstanın şimal-qərbindəki Giannitsa şəhərini ziyarət edən, Pontik rəqsi oynayan və yunanca danışan Əkrəm İmamoğlunun videosunu paylaşaraq, “İstanbulun yeni bələdiyyə başqanı Pontusdur”, “…Yunanlar Yunanıstanın Pont ləhcəsində danışan türklərin 1920-22-ci il müharibəsindən sonra İslamı qəbul edən Kripto-Xristianlar olduğuna inanırlar” ifadələrinə yer verdi…

Görürsüzmü, “Kıbrıs Anıt” abidəsində türk qatili III Makariosun yer alması qətiyyən təsadüf deyil. Bu, məkrli bir planın tərkib hissəsidir.

Türk kimliyini unudaraq Əkrəm İmamoğlu kimi türk düşmənlərinə dəstək verənlər isə and-aman edirlər ki, onlar guya demokratiyaya dəstək verirlər. Niyə demokratiyaya dəstək adı altında “Yunanoğluna” dəstək verilməlidir, məsələn, Mansur Yavaşa yox? Əkrəm İmamoğlu Türkiyənin prezidenti olsa, İstanbul dönüb olacaq Konstantinopol. Hansı sadəlövh düşünə bilər ki, Yunanısan mediası “Yeni seçilen Konstantinopolis Belediye Başkanı Əkrəm İmamoğlu” manşeti ilə türk xalqı ilə zarafat edib?…

Konstantiopol demişkən, onu da xatırladım. 2022-ci ildə Münhen Təhlükəsizlik Konfransında Əkrəm İmamoğlu almaniyalı türkəsilli nazir Cem Özdemirlə görüşüb. Cem Özdemir kəskin anti-türk mövqeyində olan birisidir. Almaniya parlamentində qondarma erməni genosidinin layihəsini məhz o, gündəmə gətirib. Onun məşhur bir çıxışı var. Deyir ki, İstanbulun adın dəyişib Konstantinopol qoymalıyıq. Türkiyədə sadəcə yunan yer adlarını yox, erməni və kürd yer adlarını da bərpa etməliyik. Əkrəm İmamoğlunun məhz Cem Özdemir kimi türk düşmənləri ilə görüşməsi, əlbəttə, təsadüfi məsələ deyil. Çünki Cem Özdemir Türkiyədə vətən xaini kimi tanınan birisidir…

Bəli, CHP-ni Atatürk yaradıb. Ancaq CHP-də Atatürk düşüncəsindən əsər-əlamət qalmayıb. Söhbət manqurtlaşmış, dış güclərə bağlı, Türkiyənin tərəqqisinə düşmən bir partiyadan gedir. Quyruqları qapı arasında qalanda Atatürkdən yapışırlar, ancaq Atatürkün vuruşduğu İngilis imperiyasından mədət umurlar, ABŞ-dan yardım istəyirlər. Əkrəm İmamoğlu həbsxanadan “Nyu York Tayms” qəzetinə məqalə göndərir. Utanmadan, qızarmadan Amerikadan dəstək istəyir. Ağıla bax e. Tayyib Ərdoğanı tərifləyən D.Trampdan kömək umur…

Qeyri-demokratik dediyiniz Türkiyədə Əkrəm İmamoğlu hər gün sosial şəbəkələrdə status paylaşır. Qəbuluna gələn onlarla adamla görüşür. Türkiyədə keçirilən mitinqləri media canlı yayımla təqdim edir…

İndi bir anlığa təsəvvür etməyə çalışın ki, AKP və MHP hansısa imperialist ölkədən iqtidara gəlmək üçün dəstək umur. Əlbəttə belə bir şey ola bilməz. Çünki AKP də, MHP də türk xalqına bağlıdır, CHP isə imperialist ölkələrin əlində oyuncaqdır. Türkiyə dövlətinə və xalqına güvənmir. Bu, son dərəcə təhlükəli siyasi proseslərə yön verə bilər…

Allah bizi özünü türk kimi təqdim edən, mahiyyətdə isə yunanoğlu, ermənioğlu, PKKoğlu… kimi siyasətçilərdən qorusun. Belələrinin əlinə fürsət düşsə, Türkiyəni darmadağın edər. Bunu unutmamalıyıq…

Elbəyi Həsənli,
Sürix

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Mart 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri