Icma.az
close
up
RU
Ekrem İmamoğlunun siyasi planı ciddi zərbə aldı

Ekrem İmamoğlunun siyasi planı ciddi zərbə aldı

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının 38-ci növbədənkənar qurultayının nəticəsinin Məhkəmə tərəfindən ləğv edilməsi və qurultaya qədər partiyanın səlahiyyətli orqanlarının Kemal Kılıçdaroğlunun sədrliyi ilə fəaliyyətini davam etdirməsi barədə qərar qəbul olunub. Bununla da Özgür Özelin sədrliyi faktiki olaraq ləğv edildi. Bu qərar ana müxalifət partiyası olan CHP-nin zəiflədilməsi prosesinin başlanğıcı kimi xarakterizə etmək olar.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

"CHP-ni faktiki olaraq nəzarətə götürən İstanbulun sabiq bələdiyyə sədri Ekrem İmamoğlunun siyasi planı ciddi zərbə aldı. Əkrəm İmamoğlu Özgür Özəli partiya sədri seçdirərək, özünün prezidentliyə namizədliyinə siyasi zəmin formalaşdırmağa çalışırdı. Onun əsas siyasi xətti Türkiyəni 1980–1990-cı illərin ənənəvi siyasi modelinə qaytarmaq və son 20 ildə ölkəni inkişaf etdirən mövcud siyasi kursdan uzaqlaşdırmaq üzərində qurulmuşdu" - politoloq deyib.

O, qeyd edib ki, CHP və onun liderlərinin hakimiyyətdə olduğu dövrlərdə Türkiyə Qərbdən daha çox asılı siyasət yürüdüb və müəyyən mənada ABŞ-ın bölgədə dayaq nöqtələrindən biri kimi çıxış edib. Əkrəm İmamoğlu və komandasının Türk dünyası və Azərbaycanla bağlı mövqeləri də birmənalı deyil:

"Bu gün Türkiyənin regional və qlobal güc kimi irəliləməsi əsasən Recep Tayyip Erdoğanın həyata keçirdiyi siyasi kursun nəticəsidir.

Türkiyədə iqtisadi və sosial məsələlərə gəldikdə isə, türk cəmiyyətində narazılıqlar daima olub. AKP iqtidarı dövründə Türkiyə milli iqtisadiyyatı kifayət qədər inkişaf etdi. Ölkədə kənd təsərrüfatı və sənaye oxunub yüksəliş mərhələsinə qədəm qoydu. 2005-ci ildən əvvəlki Türkiyə isə, iqtisadi cəhətdən zəif bir ölkə olub.

Türkiyədə rəqabətli və liberal iqtisadi model fəaliyyət göstərir. Əhalinin sosial rifahı və iqtisadi göstəricilər bir çox regional ölkələrlə müqayisədə daha yüksəkdir.

Əkrəm İmamoğlu İstanbul meri seçilsə də, onun əsas hədəfinin şəhər idarəçiliyindən daha çox siyasi və maliyyə imkanlarını genişləndirərək hakimiyyətə gəlmək planına malik idi".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 May 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see675

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see225

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see204

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see181

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see177

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see176

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see174

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see168

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see164

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see156

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri