Icma.az
close
up
RU
“Əksər futbolçular Bakıda oynayan komandaları seçir bəs Xvalkonu “Kəpəz”ə bağlayan nədi?

“Əksər futbolçular Bakıda oynayan komandaları seçir bəs Xvalkonu “Kəpəz”ə bağlayan nədi?

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

"Kəpəz" 10-cu yeri tərk edə bilməsə də, son beş oyunda 7 xal toplamaqla ciddi irəliləyişə nail olub. İndi Gəncə təmsilçisi "Səbail"dən bir xal geridədi. Deməli, hər oyun 9-cu pilləyə yüksəlmək, premyer-liqanı tərk etmək təhlükəsindən az da olsa, uzaqlaşmaq üçün yeni fürsətdi.

"Football-plus.az" bu ərəfədə "sarı-göylər"in kapitanı, Belarus millisinin sabiq üzvü, kollektivlə birgə üçüncü mövsümünü yaşayan Yeqor Xvalkoyla söhbətləşməyə ehtiyac duydu. Təbii ki, fürsətdən istifadə edib futbolçunu bir qədər yaxından tanımağa çalışmasaq, nəsə əskik olardı.
- "Sabah" həm heyətinə, həm də büdcəsinə görə premyer-liqanın iddialıları sırasındadı. Belə komandanın meydanından bir xalla ayrıldız. Nəticə düşərgədəki ab-havaya necə təsir etdi?
- Bizim üçün hər şey yaxşıya doğru gedir. Oyunlar geridə qaldıqca xallar qazanırıq. Yavaş-yavaş özümüzə gəlirik. İnanıram ki, daha yaxşı yerlərdə olacağıq.
- Sonuncu qarşılaşmayla bağlı düşüncələrin maraqlıdı...
- Məncə, bir xala layiq idik. Bəlkə də çox möhtəşəm oyun göstərə bilmədik. Amma bu xalı qazanmaq üçün mübarizə apardıq. Meydanda əvvəldən sona qədər döyüşdük. 90-cı dəqiqədə vurulan qol da bunun sübutudu.
- Bəli, "Kəpəz"in xal ehtiyatı artır. Belə çətin dövrdə gəncəli azarkeşlərin dəstəyini hiss edirsizmi?
- Tam səmimi deyim ki, onların tribunada daha çox olmasını istərdim. Təəssüf ki, ev oyunlarını Gəncədə keçirmirik. Məncə, evimizdə meydana çıxsaq, daha çox azarkeş yanımızda olacaq.
- Səncə, “Kəpəz”in böyük hədəflər uğrunda mübarizə aparmasına nə mane olur?
- Hamı başa düşür ki, müasir futbolda maliyyə böyük rol oynayır. Bildiyiniz kimi, "Kəpəz"in sponsoru yoxdu. Həmçinin əksər futbolçular Bakıda oynayan komandaları seçir. Onları Gəncəyə gətirmək üçün çox səy göstərmək lazımdı.
- Sponsor demişkən, "Kəpəz"in maliyyə gücü çox deyil. Burda üçüncü mövsümünü keçirirsən. Səni "sarı-göylər"ə nə bağlayır?
- Bilmirəm (gülür). Görünür, bu komandanı həddən artıq çox sevirəm... Nə bilim... Özümü burada rahat hiss edirəm. Hamı mənə hörmətlə yanaşır.
- Geridə qalan vaxt ərzində bir neçə baş məşqçi ilə çalışmısan. Sənin üçün ən yaddaqalan mütəxəssis hansı olub?
- Hamısı (düşünür). Həqiqətən hər biri karyeramda iz qoyub. Hamısına hörmətim var. Kimisə fərqləndirməyi düzgün saymıram.
- Səncə, Azər Bağırov nəyisə dəyişə bilibmi?
- Mövsümün əvvəlindən indiyə qədər həm baş məşqçimiz, həm də heyətimiz dəyişdi. Görürəm ki, ciddi yeniliklər var. Başverənlər məni ümidləndirir.
- Premyer-liqada qalmaq uğrunda mübarizə sona kimi yalnız “Kəpəz”lə “Səbail” arasında gedə bilər. Sən necə düşünürsən?
- Bu fikirlə razı deyiləm. Hiss edirəm ki, daha çox xallar əldə edib yuxarı pillələrdəki komandalara çatacağıq və mübarizədə ancaq bu iki kollektiv olmayacaq.
- Ən çətin oyunlarını hansı rəqiblərə qarşı keçirdiyini düşünürsən?
- Məncə, ən çətin oyunlar "Turan Tovuz"la olub. Bu komandanın xüsusi üslubu var.
- Amma ən böyükhesablı məğlubiyyətlərinizi "Qarabağ"dan almısız...
- Elədi. Həmişə demişəm ki, bu çempionatda “Qarabağ”dan başqa istənilən rəqibdən xal və ya xallar almaq olar. "Qarabağ" başqa səviyyədədi.
- Meydanda ən böyük məsuliyyət sənin üzərindədi. Bazübəndi taxan futbolçunun komanda yoldaşlarıyla münasibətindən meydandakı performansına qədər hər şey diqqəti çəkir. Bu barədə son durum necədi?
- Hamıyla dost olduğumu deməzdim. Amma bütün komanda yoldaşlarımla münasibətim yaxşıdı. Sadəcə, bəziləri ilə az, bəziləriylə çox ünsiyyət qururam. Onların hər biri daim birlikdə olduğum şəxslərdi. Hamısına dəyər verirəm.
- Hansı komandaya azarkeşlik edirsən?
- Madrid "Real"ını çox bəyənirəm.
- Belarus millisindən uzaq düşmüsən...
- Təəssüf ki, elədi... Görünür, komandası sonuncu pillədə olan futbolçunun milli forma geyməsində heç kim maraqlı deyil. O başqa məsələ ki, "Kəpəz"in autsayder olması həm də mənim günahımdı...
- Düzdü, xoş təsəlli deyil. Lakin bu o deməkdi ki, fasilədə istirahət etmək imkanın olacaq.
- Çox qısa... Dərhal işə qayıtmalıyıq. Çünki oyunumuzu yaxşılaşdırmalı, xallar qazana bilmək üçün güc toplamalıyıq. Bunun üçün maksimum dərəcədə çalışmaq lazımdı.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Noyabr 2024 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri