Icma.az
close
up
RU
Əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır

Əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"2025-ci ilin ilk rübündə hotel və mehmanxana tipli obyektlərdə turistlərin keçirdiyi gecələmələrin sayı 484.9 min olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.9 faiz çoxdur. Turistlərin üstünlük verdiyi hotellərin 77,5 faizi Bakıda, 12,7 faizi Qusarda, 3,5 faizi Naftalanda, 2,7 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Şamaxıda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Göründüyü kimi, yenə də xaricilər əsasən Bakıya üstünlük veririlər. Ölkəyə gələn hər 100 turistin 77-i paytaxtdan kənara səfər etmir".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O, deyib ki, əslində bu data həm də regionlarda turizmin strateji inkişafı istiqamətləri baxımdan da siqnallar verir:

"Belə ki, xaricilərin ikinci ən çox üstünlük verdiyi yaşayış məntəqəsi Qusar rayonudur. Bu da birbaşa həmin bölgəmizdə qış turizminin inkişafı ilə bağlıdır.

Xaricilər üçün ilk üçlüyü Naftalan tamamlayır. Bu da həmin şəhərimizdə sağlamlıq turizminin təmərkəzlüşməsi ilə bağlıdır. Deməli, regionlarda ənənəvi mövsümi turizm ilə yanaşı və əslində daha çox yeni turizm məhsullarına ehtiyac var. Turistlər üçün cəlbedici olan qış, sağlamlıq turizm ilə yanaşı, tarixi, dini və mədəni turizmin də inkişafı vacibdir.

Bütün bunlar ilə yanaşı, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.

Bu ilin birinci rübü ilə bağlı digər diqqəti çəkən statistika gecələmələrin ümumi sayında ölkə strukturunun dəyişdirilməsidir. Belə ki, gecələmələrin ümumi sayının 21,8 faizi Hindistan, 14,3 faizi Rusiya, 8,8 faizi Türkiyə, 6,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi ABŞ, 3,1 faizi İsrail, 3,0 faizi Küveyt, 2,7 faizi Pakistan, 2,4 faizi Çin, 2,4 faizi Qazaxıstan, 1,9 faizi Böyük Britaniya, 1,4 faizi Özbəkistan, 0,9 faizi Almaniya, 0,8 faizi Bəhreyn, 0,8 faizi İran, 0,8 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 19,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Hindistanlı turistlər ümumi gecələmlərin hər beşindən birini formalaşdırıblar".

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 May 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri